Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtlif polis bölmələrinə qeyri-forma görüşə çağırılmaqla, aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyyatdır. ONN media xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O, qeyd edib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur: “Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət olunaraq, onlarla izahedici söhbətlər aparılıb. Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür ki, bu söhbətlərin məzmunu bilərəkdən, məqsədli olaraq cəmiyyətə başqa formada çatdırılır”. E.Hacıyev vurğulayıb ki, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir: “Kimlərinsə sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir”.
Bakı polisi cinsi azlıqları aksiyalara çıxarır? - Rəsmi



Bakı polisindən koronavirus açıqlaması
Maşınında erməni mahnısı səsləndirən şəxslə bağlı xəbər var
Polisdən aksiya ilə bağlı AÇIQLAMA
Rüşvət alarkən videosu yayılan polislər tapıldı
Yol polisində aparılan yoxlamalarla bağlı RƏSMİ
Polis müğənni Kərimi döyüb? - RƏSMİ AÇIQLAMA
Bakı polisi gücləndirilmiş rejimə keçdi
Fizuli Allahverdiyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Azərbaycanlı məşhur polisə çağırıldı və... - RƏSMİ
Başçı oğlunun təyinatı yalan çıxdı - Rəsmi
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi
“Facebook”da şok paylaşım: Tanınmış polis mayorunu öldürmək istəyirlər?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 