“İcbari Tibbi Sığortanın (İTS) ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq”.
ONN media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, qarşıya qoyulan mühüm vəzifələrdən biri səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir: “İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”.
Qeyd edək ki, İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri edib. Bu məqsədlə iyul ayından etibarən Agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanılıb.
İlkin mərhələdə ölkə üzrə 200-dən çox tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər həyata keçirilib. İkinci mərhələdə isə bu günədək 32 əsas tibb müəssisəsində təlimlər həyata keçirilib. Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.



Bu şəxslərə ŞAD XƏBƏR- Maaşlar artacaq
Bu gündən 19 minə yaxın səhiyyə işçisinin əmək haqları artırılır
Həkimlərə şad xəbər- Maaşlar...
Baş nazirdən bu şəxslərin əməkhaqları ilə bağlı VACİB QƏRAR
Bu şəxslərin maaşlarına əlavələr ediləcək
Tibb işçilərinə ŞAD XƏBƏR! - Ödəmələr BAŞLADI
Bu şəxslərin əməkhaqları ilə bağlı QƏRAR VERİLDİ
Həkimlərə ŞAD XƏBƏR
Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək? - AÇIQLAMA
Həkimlərə ŞAD XƏBƏR- Maaşlar artacaq?
Baş nazirdən bu şəxslərin əməkhaqları ilə bağlı QƏRAR
Azərbaycanda bu şəxslərə əlavə ödəniş edildi - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 