Optimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır. ONN media xəbər verir ki, Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük. 1. Sosiallaşma Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır. Alimlər sübut edib ki, uzunmüddətli dostluq əlaqələri idman etmək və ya siqareti tərgitmək qədər fiziki sağlamlığa müsbət təsir göstərir. Odur ki, dostlarınızla süfrə arxasında görüşməyə dəyər. 2. Şükranlıq və minnətdarlıq Xoşbəxt anları qeyd etməklə əhvalınızı yaxşılaşdırırsınız. Minnətdar olduğunuz hər şeyi, hətta ən xırda hadisələri də xatırlayın. Beləliklə, daha nikbin və xoşbəxt olacaqsınız. Tədqiqatlar göstərib ki, minnətdarlıq etməyi bacaran insan fiziki cəhətdən özünü daha möhkəm hiss edir. Həm də qəzəbə qarşı immunitetə malikdirlər. Ancaq mütəxəssislər minnətdarlığın həddini aşmamağın vacib olduğunu da vurğulayıb. Dəftərinizə həftədə bir dəfə “Təşəkkür edirəm” qeydini yazmaq daha yaxşıdır. 3. Xeyirxah əməllər Gündə beş xeyirxah əməl sizi daha da xoşbəxt edəcək sehrli nömrədir. Hətta ən sadə şeylər də ola bilər: avtobusda yaşlı bir şəxsə və ya hamiləyə yer verin, iş yoldaşınız üçün bir fincan qəhvə dəmləyin, imkansız şəxsə pul verin. Bu əməllərlə həm öz gününüzü, həm də başqasının gününü uğurlu edəcəksiniz. Yardımlarınız üçün özünüzə təşəkkür edin, onda özünüzü yaxşı hiss edəcəksiniz. 4. Gözəl anları təkrarlayın Keçmişdə yaşanan xoşbəxt anları kağıza yazaraq, ömrünüzü uzada bilərsiniz. Məişət qayğılarının arasında bütün uğurları xatırlamaq dərhal özünə inamı artıracaq. Qeyd etmək lazımdır ki, bəzən əvvəllər baş vermiş pisliyi xatırlamaq da eyni dərəcədə vacibdir. Bir neçə ildən sonra romantik münasibətlərin bitməsinin və ya işdəki uğursuzluğun səbəblərini daha aydın görə biləcəksiniz. Nəticədə bu "məğlubiyyətlər"in əslində yeni qapılar açdığını və yeni imkanlar təqdim etdiyini başa düşəcəksiniz. Keçmişlə barışa bilsəniz, gələcəkdə çətinliklərin öhdəsindən gəlmək daha asan olacaq.(publik.az)
Uzunömürlülük sirri - MÜTLƏQ 4 FƏNDİ EDİN



Tez evlənmək sağlamlığa xeyirdir - Alimlərdən MARAQLI KƏŞF
Yaşlanmaq istəmirsinizsə MÜTLƏQ OXUYUN
Ömrünüzün uzanmasını istəyirsizə... - Alimlərdən ŞOK FAKT
Sadə yolla necə varlana bilərik?
Daha çox yaşamaq istəyirsinizsə, bu vərdişləri TƏRGİTMƏYİN
Qan təzyiqini aşağı salan MÖCÜZƏVİ İÇKİ
Ömrü 20 il uzadan 8 sadə vərdiş
Yuxudan erkən oyananlar...
Siqareti tərgitmək üçün nə etmək lazımdır?
Xoşbəxt münasibətin sirri nədir?
Tanınmış amerikalı kardioloqdan uzun və sağlam həyatın 7 QAYDASI
İnfarkt hansı hallarda baş verir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 