Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 23 dekabr tarixli sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu ilin 30 dekabr tarixində ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılması nəzərdə tutulur.
Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, nazirlik tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək:
“Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq”.
Qeyd edək ki, prezidentin bu sərəncamı cəmiyyətdə böyük sevinclə qarşılanıb. Lakin bəziləri bu sərəncamın bütün sosial yardım alan ailələrə şamil olunun-olunmaması ilə bağlı suallar ünvanlayıb. Məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydər “Yeni Müsavat”a danışıb:
“Sərəncamda da qeyd olunduğu kimi, bu bütün ünvanlı sosial yardım alan əhaliyə şamil olunur. Fərmanın özündə bu məsələ dəqiqliklə göstərilib. Hətta neçə nəfərə şamil edildiyi də artıq məlumdur. Çoxsaylı suallara cavab olaraq bildirim ki, bu vəsait birdəfəlik ödənilən vəsaitdir. Bəziləri elə anlayır ki, bu müəyyən müddətlərdə verilə bilər. Ünvanlı sosial yardım alan ailələr, sadəcə, bayramlarla bağlı olaraq birdəfəlik xarakter daşıyan yardım alacaq. Bu da prezident tərəfindən həmin ailələrə bir bayram hədiyyəsidir”.



Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
Hər bir ailəyə 100 manat VERİLƏCƏK - İlham Əliyevdən Azərbaycan əhalisinə YENİ İL HƏDİYYƏSİ
Bu ailələrə ŞAD XƏBƏR - Hər birinə 100 manat veriləcək
Yeni il hədiyyəsi: 42425 ailəyə birdəfəlik yardım verildi
Ünvanlı sosial yardım alanlara - Şad xəbər
Ünvanlı sosial yardım alan ailələrin sayı nə qədər artıb?
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Sosial yardım alanların sayı artdı- RƏSMİ
Heydər Əliyev Fondu kasıb ailələrə bayram sovqatları payladı
Bu ailələrə 50 və ya 100 manat verilə bilər
Ünvanlı sosial yardım alanlar üçün yeni xəbər
Bu ayın müavinət və təqaüdləri ödənildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 