2020-ci ildə1 tam olmaqla, 2 Günəş, 4 Ay tutulması gerçəkləşəcək. ONN media xəbər verir ki, ilin ilk kosmik hadisəsi 10 yanvarda qeydə alınacaq. Bu tarixdə parçalı Ay tutulması olacaq. Tutulma Azərbaycandan da müşahidə edilə biləcək. Eyni zamanda, Avropa, Asiya, Hind okeanı, Atlantik okeanı, Sakit okean, Şərqi Afrika və Avstraliya da Ay tutulmasının tamaşaçısı ola biləcək. İlin ikinci əhəmiyyətli kosmik olayı 5 iyunda baş verəcək. Bu tarixdə də Ay tutulması qeydə alınacaq. Bunu da Avstraliya, Antarktika, Asiya, Afrika, Avropa, Hind okeanı, Atlantik okeanın cənubu və Sakit okeanının qərbi müşahidə edə biləcək. İlin ilk Günəş tutulması 21 iyunda olacaq. Yerli vaxtla gecə saatlarında baş verəcəyi ehtimal olunan tutulma Afrika, Ərəbistan, Hindistan, Çin ve Tayvan torpaqlarından keçəcək. 5 iyul 2020-ci ildə daha bir parçalı Ay tutulması gerçəkləşəcək. Bu hadisəyə Afrikanın bir hissəsi, Avropanın qərbi, Antarktika, Şimali və Cənubi Amerika, Atlantik okeanı baxa biləcək. 30 noyabrda yenə parçalı Ay tutulması qeydə alınacaq. Bu isə Avropanın şimal-qərbi, Şimali və Cənubi Amerika, Avstraliya, Asiya, Atlantik okeanının şimalı, Sakit okeandan müşahidə olunacaq. 2020-ci ilin ən əhəmiyyətli kosmik hadisəsi 14 dekabrda baş tutacaq. Tam Günəş tutulması Cənubi Amerika, Antarktika, Sakit okean, Atlantik okeanın cənubu və Afrikanın cənub-şərqindən görünəcək. Tutulmanın tam olaraq seyr ediləcəyi yer isə Cənubi Amerikadır. Daha dəqiq, Argentinada. 2020-ci ildə hər ilin müəyyən dövrlərindəki quyruqlu ulduz qalıqlarının yaratdığı meteorit yağışları da olacaq. İlk yağış 2-3 yanvar tarixlərində Quadrantiddə (Dördlük) olub. Növbəti meteorit yağışı isə 22- 23 apreldə Lyriddə (Lir) olacaq və saatda 20-40 meteorit müşahidə ediləcək.
2020-ci ildə 6 dəfə yaşanacaq - BU TARİXƏLƏRƏ DİQQƏTLƏ BAXIN



İlin ikinci ay tutulması başladı
Sabah ilin ilk Ay tutulması olacaq
Gələn il Günəş və Ay tutulmalarının sayı və tarixi AÇIQLANDI
Sabah ilin ilk Günəş tutulması olacaq
Sabah ilin sonuncu Günəş tutulması olacaq
Bu il ilk dəfə Günəş tutulacaq
Gələn ilin Ay və Günəş tutulmalarının vaxtı açıqlandı
Bu tarixdə Ay tutulacaq
İlin üçüncü Ay tutulması hadisəsi baş verəcək
İlin ilk Günəş tutulması başladı
İlin ilk ay tutulması başlayıb
İlin ilk Ay tutulması olacaq - BU TARİXDƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 