Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünklü plenar iclasında çıxışı zamanı deyib. O, xüsusən qonşu ölkələrlə bağlı viza məsələsinin həllinin labüd olduğunu bildirib:
“Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil. Bu hörmət həmin ölkənin vətəndaşlarının neçə ölkəyə vizasız getməsi ilə bağlıdır. Təklif edirəm ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız getməsi məsələsini gündəmə gətirməliyik. Gürcüstan bu məsələni həll edib. Azərbaycan vətəndaşlarının İran, Türkiyə ilə viza məsələsi tamamilə aradan qaldırılmalıdır”.
Millət vəkili bu günlərdə Avropa Parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasının böyük uğur olduğunu vurğulayıb:
“Bu münasibətlə, Oqtay müəllim, sizi və deputat həmkarlarımı təbrik edirəm. Bu, Azərbaycan üçün çox önəmli məsələdir. Avropa Parlamentinin 60 üzvü Azərbaycanla dostluq qrupuna üzv olub. Bu sayın artmasını arzu edirik. Azərbaycana qarşı əks-təbliğat kampaniyasının genişləndiyi vaxtda bu, çox böyük uğurdur. Hökumətimiz çalışmalıdır ki, təkcə diplomatlar və xidməti pasport daşıyıcıları yox, Azərbaycan Respublikasının vətəndaşları da Avropa ölkələrinə vizasız gedə bilsinlər”.



Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənib
Putindən SƏRT REAKSİYA: Bu alçaldıcı yanaşma nədir?
Azərbaycan və Türkiyə arasında viza ləğv olundu
Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız gedə biləcək
Nazir Avropa ilə vizasız rejimdən danışdı
Bu şəxslər Gürcüstanda üç ilə qədər vizasız qala biləcəklər
Bu ölkəyə getmək istəyənlərə ŞAD XƏBƏR
Azərbaycan pasportu ilə bu ölkələrə vizasız getmək olar- SİYAHI
10 ildə neçə ölkəyə vizasız getmək hüququ əldə etmişik?
Bu ölkəyə vizasız gedə biləcəyik - Tarix AÇIQLANDI
Qüdrət Həsənquliyev: "Azərbaycanda ingilisdilli telekanalın açılmasına ehtiyac var"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 