ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - baş verənlərə böyük məsuliyyətlə yanaşın. Qarşınızda böyük perspektivlər yarana bilər. Eyni zamanda, diqqətsiz və laqeyd olsanız, imkanları əldən verəcəksiniz. Yaşananları sürələ təhlil etmək istəsəniz də, alınmayacaq. Hissiyatınıza güvənin, mühüm anlaşmanı və ya verdiyiniz vədi pozmayın. Buğa - gün ərzində baş verən dəyişiklikləri dəyərləndirmək üçün hissiyatınıza etibar edin. Enerjinizi mənasız yerlərə xərcləməyin, daha çox faydalı işlər görməyə çalışın. Yaranmış şansı əldən verməmək üçün mühüm, məqsədyönlü fəaliyyətə başlayın. Elektron poçtunuzu yoxlayın. Əkizlər - şxsi münasibətlərdə prinsipial mövqeyinizi dəyişməyin. Belədə, ciddi itki vermədən üstünlüklərdən yararlana bilərsiniz. Yeni, faydalı məlumatın axtarılmasına daha çox diqqət verin. Ümumi planlar və maraqlarınızın olduğu insanlarla təmaslarda olun. Görüş, danışıq və ya yazışmada yeni perspektivlər yarana bilər. Xərçəng - inizlə bağlı önəmli xəbər ala bilərsiniz. İşdən savayı, ailə-məişət qayğıları və münasibətlər də diqqət, aktivlik tələb edir. Axşam saatlarını ünsiyyətdə olun. Yeni təəssüratlara ehtiyacınız var. Şir - gərginlik hiss olunan bütün sahələrdə nizam yaradılması üçün uğurlu gündür. Hadisələr sizi "ayıldacaq" və müəyyən məsələ konkretləşəcək. Münasibətlərdə çətinliklər yaranacaq. Fəqət səmimilik və aşkarlıq aranızdakı münasibətləri yeni səviyyəyə çıxaracaq. Dəyərləndirin, təhlil edin - hər şey yaxşı ola bilər. Maraqlandığınız informasiyanı arayın. Qız - qorxu, əməllərin doğru olması ilə bağlı şübhələr, yaxın ətrafdakı insanlardan birindən kəskin narazılıq mümkündür. Şərait baş verənlərin mənzərəsini qəflətən dəyişərək stress yarada bilər. Alınan məlumatlar və yaranan problemlərin təcili təhlil olunması gərəkdir. Hər şey göründüyü kimi pis deyil. Nevroz gündür, amma sabah hər şey fərqli olacaq. Tərəzi - emosional durumunuz yaxın ətrafınızdakı insanlara təsir edir. Həyatınıza hansısa yeni mövzu, şərt müdaxilə edir. Yeni maraq, yeni istək və əyləncə hissi peyda olur. Narahatlıq və təlaş yaranarsa, onun səbəbini anlamağa çalışın. Yeni təmaslar və tanışlıqlarda perspektivin anlaşılması, mühüm suallara cavabların alınması mümkündür.
Əqrəb - başqası həyatınıza aktiv müdaxilə etməyə can atdığı bir vaxtda nəyisə çətinləşdirmək, mürəkkəbləşdirmək gərək deyil. Həyatın vadar etdiyi seçimdən qaçmağa dəyməz. Real və ya virtual ünsiyyətdə özünüz üçün önəmli nəticəyə gələ bilərsiniz. Oxatan - gözlənilməz sevinc, heyrət və ya stressə səbəb ola biləcək hadisə baş verəcək. Təcili ivə orijinal həll tələb olunduğu bu gündə planlar qurmaq çətindir. Bütün ideya və təkliflərə diqqətlə yanaşın. Evə baş çəkin. Xüsusi ehtiyac yoxdursa, təmirə başlamayın və ya nəyisə təmir etməyə çalışmayın. Oğlaq - ailə üzvləri və yaxınlarınızın qayğısına qalın. Uşaqlar sizə yaxın olsunlar. Valideynlərlə münasibətləri aydınlaşdırmağa çalışmayın. Əks təqdirdə səbəbsiz münaqişə qaçılmazdır. Münasibətlərdə gərginlik yarana bilər. Dolça - imkan yaranarsa, mühüm işlərdə bu gün taym-aut götürün və ifrat məsuliyyətlə konkret səylər tələb etməyən rutin işlərlə məşğul olun. Bununla belə, işlərdə və ya münasibətlərdə mühüm dönüşə səbəb ola biləcək spontan vəziyyət yarana bilər. Bütün hallarda və şərtlərdə çevik, qıvraq, məsuliyyətli və soyuqqanlı olmağa çalışın. Balıqlar - Merkuri və Uranın qarşılıqlı münasibətləri aktivləşib. Enerji itkisi, daxili durumda kəskin dəyişiklik, işə və ya insana münasibətin dəyişməsi mümkündür. Xəbərləri izləməklə yanaşı, reaksiyaya da nəzarət etmək gərəkdir. Ailə münasibətləri, yaxın adamlarla təmaslardakı hisslər sınağa çəkiləcək. Qəfil səciyyəli olay, hətta münasibətlərin kəsilməsi istisna deyil.(milli.az)Günün qoroskopu: ailə üzvləri və yaxınlarınızın qayğısına qalın



Günün qoroskopu: ünsiyyət, aktiv istirahət və yaradıcı fəaliyyət pis olmaz
Günün qoroskopu: hətta çox perspektivli təsir bağışlayan işlər sizə gözlənilən gəliri verməyəcək
Günün qoroskopu: gəlir və uğurlu sərmayə istisna deyil
Günün qoroskopu: başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın
Günün qoroskopu: İnformasiya axtarışı, intellektual fəaliyyət yaxşı nəticə verə bilər
Günün qoroskopu: məişət problemlərinin həlli bilavasitə iştirakınızı tələb edir
Günün qoroskopu: İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz
Günün qoroskopu: tələsik, düşünülməmiş qərarlar qəbul etməyin
Günün qoroskopu: gəlir vəd edən işlərə başlayın
Günün qoroskopu: Yeni faydalı vərdişləri əxz edin, səhhətinizin qeydinə qalın
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 