ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - uğurlu gündür. O, iş və təhsillə bağlı istənilən məsələnin həlli üçün uyğundur. İntellektual potensialınız çox yüksəkdir, siz yorğunluq hiss etməyəcəksiniz. Sərfəli əməkdaşlıq qurmaq üçün şansınız var, insanlar sizə tərəf can atırlar, onlarla işbirliyi yaratmaq işinizə yarayacaq. Buğa - şəxsi cəbhədə işlər heç də pis deyil. Yaxınlarınızın sizi başa düşməməsi və ya özünüzüə qarşı diqqətsizlik hiss etməyəcəksiniz. Ən çox nəzarət yetirməli olduğunuz sahə isə maliyyə durumunuzdur. Gərəksiz yerə pul sərf etməli olacaqsınız. Əkizlər - çətindir. Necə deyərlər, öz əliniz, öz başınız. Kimsə sizə nə kömək edir, nə də dəstəkləyir. Adətən, belə hallara sakit yanaşırsınız. Bundan başqa, təklik sizə həmişə daha yaxşı işləməyə kömək edirdi. Ancaq məhz bu gün tərəfdaşlara, köməkçilərə, hətta heç olmasa, bir-iki xoş söz deməyi bacaran insana ehtiyacınız var. Xərçəng - şəxsi münasibətlərə gəldikdə isə eyni sözləri söyləmək çətindir. Təsiri altında olduğunuz birisi sizə yaxşılıq etməyə çalışır, amma o, yaxşılığı tamam başqa cür başa düşür. Yaxşı olar ki, özünüzdə güc tapıb ona müqavimət göstərəsiniz, əks halda sonradan xeyli peşman olacaq və havayı yerə əsəb hüceyrələrinizi məhv edəcəksiniz. Şir - ailə məsələləriniz isə düzəlməkdədir. Maliyyə, daşınmaz əmlak məsələlərini, müştərək layihələri müzakirə etmək asan olacaq. Uzaqdan vacib xəbərlər ala bilərsiniz. Qız - hadisələr sürətlə inkişaf edir, amma bu, sizi qorxutmur. İstiqaməti düzgün təyin edərək, doğru qərarlar verirsiniz. Bəzən bunu necə etdiyinizə özünüz də mat qalırsınız. Faydalı tanışlıqlar quracaq və güvənə biləcəyiniz insanların etibarını qazanacaqsınız. Tərəzi - mürəkkəb gündür. Belə görünə bilər ki, hər şey əladır: siz enerjilisiniz, ünsiyyətcil və cazibədarsınız. İşlərinizdəki irəliləyişə nə mane ola bilər ki? Amma yanılırsınız. Elə enerjinizin çox olması işləri korlayır - onu düzgün məcraya yönəldə bilmirsiniz. Bir çox Tərəzilər aqressiv olacaqlar.
Günün qoroskopu: şəxsi həyatınızda dəyişikliklər mümkündür



Günün qoroskopu: Şəxsi həyatınızda dəyişiklik olacaq
Günün qoroskopu: Bu gün soyuqqanlılığınızla qürrələnə bilməyəcəksiniz
Günün qoroskopu: Çoxdan üzərində baş sındırdığınız bir məsələ həllini tapa bilər
Günün qoroskopu: evdə özünüzü daha rahat hiss edirsiniz
Günün qoroskopu: bu gün vaxtından tez "yanırsınız"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 