ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - xoş gün deyil. Nə özünüzdən, nə ətrafınızdakılardan baş tapırsınız. Uğur şkalası aşağı enməkdədir. Mənfi emosiyalarınız sağlam düşüncəyə üstün gəlir. Sonradan əsəblərinizi cilovlamadığınız, həddən artıq sərt iradlar bildirdiyiniz, aqressiv davrandığınız üçün özünüzü qınayacaqsınız. Buğa - işdə çətinliklər yaransa da, kefinizi pozmursunuz. Bu cür yanaşma təqdirəlayiqdir. Doğrudan da, şərait çıxılmaz deyil, əgər bir az çalışsanız, o, tezliklə yaxşılığa doğru dəyişəcək. Rəhbərlik və potensial partnyorlarla söhbətlərdə ehtiyatlı olun: sirləriniz əhəmiyyətsiz olsa belə, sonadək kartlarınızı açmayın. Əkizlər - maraqlı tanışlıqlar mümkündür, ancaq bu gün rastınıza çıxan insanlar barədə düzgün nəticə çıxaracağınıza böyük şübhə var. Əlaqələrin başlanması və ya qırılması barədə qərarlar verməyə tələsməyin - hadisələrin inkişafına nəzər yetirin, necə hərəkət etmək lazım olduğu tezliklə aydınlaşacaq. Xərçəng - əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin. Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil. Şir - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Qız - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir. Tərəzi - yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.
Əqrəb - sevdiyinizlə aranızda xırda anlaşılmazlıq yarana bilər, çıxış yolunu tez tapacaqsınız. Maraqlı tanışlıqlar və romantik macəralar mümkündür. Axşam ziyafətə getmək olar. Oxatan - Danışıqlar pis keçmir, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz. Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün qənaətə gəlmək olar. Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun. Oğlaq - bu günün gətirdiyi problemlərin hamısının öhdəsindən gələcəksiniz. İşgüzar ünsiyyət, peşəkar perspektivlərin müzakirəsi, sövdələr bağlamaq üçün münasib gündür. İşlə bağlı vacib məlumat ala bilərsiniz. Yeni iş ortaqları ilə yeni əməkdaşlıq mümkündür. Dolça - şərait dəyişəcək, həmçinin faydalı məlumat ala bilərsiniz. Nüfuzlu adamların dəstəyini qazanacaqsınız, bu, məqsədinizə doğru yolunuzu asanlaşdıracaq. Balıqlar - səhər çağı hər bir işdə ehtiyatlı olun. Qətiyyətli hərəkətlərdən çəkinin, işgüzar və şəxsi həyatınızda köklü dəyişikliklər etməyə cəhd göstərməyin. Hesablardakı səhvlər maliyyə itkilərinə səbəb ola bilər.Günün qoroskopu: bu günün gətirdiyi problemlərin hamısının öhdəsindən gələcəksiniz



Günün qoroskopu: yaxşılığa doğru dəyişiklikləri günün ikinci yarısında gözləyin
Günün qoroskopu: İntellektual potensialınız çox yüksəkdir
Günün qoroskopu: İntellektual potensialınız çox yüksəkdir
Günün qoroskopu: emosional fon əlverişli deyil
Günün qoroskopu: Peşəkar məsələlər xeyli güc tələb edir
Günün qoroskopu: peşəkar məsələlər xeyli güc tələb edir
Günün qoroskopu: uzaqdan vacib xəbərlər ala bilərsiniz
Günün qoroskopu: sevdiyiniz insanla dil tapmaq asan deyil
Günün qoroskopu: Heç görmək istəmədiyiniz bir insanla rastlaşa bilərsiniz
Günün qoroskopu: enerjili, aktiv, qətiyyətli olun
Günün qoroskopu: Peşəkar məsələlər xeyli güc tələb edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 