Xəyalınızdakı ideal çəkiyə qovuşmaq üçün pəhriz saxlamağınıza ehtiyac yoxdur. Sadəcə, bəzi qidaları menyunuza daxil edərək bədəninizdəki yağların əriməsini sürətləndirə bilərsiniz. ONN media yağları əridən və eyni zamanda toxluq hissi yaradan qidaları təqdim edir: Kivi Kivi 1990-cı illərdə ən çətin tapılan, yalnız zənginlərin yeyə bildiyi meyvə hesab olunan kivi artıq bütün marketlərdə satılır. Kivi orqanizm üçün ən faydalı meyvələrdən biridir. Portağal və limondan 2 dəfə çox C vitamini ehtiva edir. C vitamini maddələr mübadiləsini sürətləndirir və orqanizmin daha çox yağ xərcləməsini təmin edir. Aparılan araşdırmalarda idmandan öncə bol miqdarda C vitamini qəbul edən insanların məşq zamanı daha çox kalori xərclədiyi sübut edilib. Gündə sadəcə, bir ədəd kivi yeməklə gündəlik C vitamini ehtiyacını ödəyirsiniz. Kivi həm də liflə zəngin olduğundan insanı tox saxlayır. Kalium ehtiva etdiyi üçün idmandan sonra hiss edilən əzələ ağrılarını azaldır. Xiyar Xiyarın 95 faizi sudur. Ona görə də, kalorisi çox azdır və toxluq hissi verir. Demək olar ki, bütün pəhriz proqramlarında xəstəyə istədiyi qədər xiyar yeməyə icazə verilir. Tərəvəzin lifindən faydalanmaq istəyirsinizsə, qabıqlı yeyin. Qatıq Qatıq xüsusilə qarın bölgəsindəki yağları əritməkdə çox təsirlidir. Qatığın möcüzəsi ondadır ki, o, bir tərəfdən yağları əridərkən, digər tərəfdən də ehtiva etdiyi kalsium sayəsində əzələləri gücləndirir. Araşdırmalar zamanı hər gün bir stəkan qatıq yeyən xəstələrin bel bölgəsindəki yağların sürətlə əridiyi müşahidə edilib. Enginar Enginar qaraciyəri qoruyan ən effektli tərəvəz hesab edilir. Maqnezium, kalium və liflə zəngindir. Tərkibindəki maqnezium sayəsində yağların parçalnamasını və bədəndən atılmasını təmin edir. Ehtiva etdiyi lif sayəsində tox saxlayır. Çiy halda və ya suda bişirərək salatlara əlavə edə bilərsiniz. Qəlyanaltı zamanı qatığın içərisinə rəndələnmiş enginar əlavə edərək yemək maddələr mübadiləaini inanılmaz dərəcədə sürətləndirir. Moruq Antioksidantlarla zəngindir. Yay aylarında detoks edənlərə tövsiyə edilir. Bu meyvə yağları parçalayır və bədəndən atılmasını sürətləndirir. Yüksək miqdarda lif ehtiva etdiyi üçün tox saxlayır. C vitamini anbarıdır. Tərkibində kalium da var. Kalorisi az olduğu üçün hər gün yeyə bilərsiniz. 150 qram moruq 51 kalori edir.(publika.az)
Yağları əridən və toxluq hissi yaradan 5 möcüzəvi qida



Qara nöqtələr üçün kivi maskası
Kivinin MÖHTƏŞƏM FAYDALARI - Müntəzəm olaraq istifadə edildiyində...
Kivinin inanılmaz faydaları
Meyvə çəyirdəklərinin inanılmaz FAYDALARI
Həm arıqladır, həm də orqanizmi cavanlaşdırır
Həm arıqladan, həm də orqanizmi cavanlaşdıran QİDA
Bu ucuz məhsullar dərinizi mükəmməl edəcək!
Canan Karatay 10 yaş cavanlaşdıran sirrli qidanı açıqladı
Düzgün bədən quruluşuna sahib olmaq istəyənlər MÜTLƏQ OXUSUN
Sümükləri gücləndirən QİDALAR
Bu meyvələr diabet xəstələri üçün xeyirlidir
Dərinizi bunlarla gözəlləşdirin - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 