Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ-dan ONN media -ya verilən məlumata görə, iclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb. 1 may 2020-ci il tarixdə “ATV” televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
3 may 2020-ci il tarixdə “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 7 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib. Həmçinin, 2 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.Bu məşhur televiziya kanallarının efiri DAYANDIRILACAQ



Bu televiziya kanallarının yayımı dayandırılır - QƏRAR
ATV- nin yayımı dayandırıldı
"Space" TV-nin yayımı 1 saatlıq dayandırılacaq
Bu televiziyalarla bağlı qərar verildi
ARB TV- nin yayımı dayandırılıb
Azərbaycanda iki telekanalın yayımı dayandırılacaq - QƏRAR
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Bu TV kanalının yayımı dayandırılır
“Space” TV -nin yayımı DAYANDIRILACAQ
"Space" və "Araz" FM-in yayımı dayandırılır - MTRŞ QƏRAR VERDİ
MTRŞ bu kanalı cəzalandırdı - YAYIM DAYANDIRILACAQ
SON DƏQİQƏ: MTRŞ Zaurun verilişini BAĞLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 