Prezident İlham Əliyev fevralın 20-də "İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
ONN media xəbər verir ki, məhəllədaxili, binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və məişət su sayğaclarının quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 15 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə müvafiq dövlət proqramlarına uyğun olaraq, son illərdə bir sıra iri layihələr həyata keçirilmişdir və hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sosialyönümlü layihələrin gerçəkləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu aparılan islahatlar əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəlmişdir.
İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri kimi, əhalinin dövlət standartlarına uyğun keyfiyyətli içməli su ilə fasiləsiz təmin edilməsi, habelə su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması üçün müvafiq suölçən cihazların quraşdırılması işləri həyata keçirilməkdədir.



"Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 4 milyon ayrıldı
Bu şəhərin sakinlərinə ŞAD XƏBƏR - Prezident 8 milyon manat ayırdı
Prezident 6 milyonluq sərəncam imzaladı
“Azərsu”ya 2,8 milyon manatı ayrıldı
Prezident “Azərsu”ya 12 milyon manat ayırdı
İlham Əliyev sərəncam imzaladı
İçməli su təminatının yaxşılaşdırılmasına 12,5 milyon manat pul ayrılıb
Prezident Lerikə 1 milyon ayırdı
Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşasına 3 milyon manat ayrıldı - Sərəncam
Ölkə başçısı 2 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident sərəncam imzaladı: 4,9 milyon manat ayrıldı
“Azərxalça”ya 2 milyon manat ayrıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 