ONN media bu günün qoroskopunu təqdim edir. Qoç -Yaxınlarınızla nəzakətli davranmağa çalışın. Bu gün müəyyən situasiyalarda çox sərt iradlar bildirirsiniz. Qadınlarla ünsiyyət kefinizi açacaq, ancaq onlara tam etibar etməyin. Buğa - şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Sizin üçün əziz olanlarla bu gün səmimi ola bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Çoxdan bəri davam edən fikir ayrılıqlarını aradan qaldıra bilərsiniz. Əkizlər - günün uğurlu olacağını elə səhər açılandan hiss edəcəksiniz, intuisiyanız sizi yanıltmayacaq. Bu gün məqsədinizə çatmaq üçün çox vurnuxmaq lazım deyil, asan yolları seçə bilərsiniz, onsuz da hər şey əla alınacaq. Əhvalınız əladır, ətrafınızda olanların da kefini açırsınız. Xərçəng - mənfi tendensiyaların təsiri çox güclüdür və bu ilk növbədə əhvalınıza təsir edir. Qıcıq tutmaları, şıltaqlıqlar, sizi əhatə edənlərə həddən artıq tənqidi yanaşma sizi yaxşı həmsöhbət kateqoriyasından birmənalı şəkildə çıxarır. Həvəslə mübahisələrə qoşulur, hətta özünüz onları yaradırsınız. Şir - situasiya birmənalı deyil, hətta təzadlıdır. Siz vurnuxur, tarazlığı tuta bilmirsiniz. Sizə çoxlu yaxşı məsləhətlər verirlər, amma siz onları dinləmək niyyətində deyilsiniz. Tez-tez başqalarının işinə qarışır, sizə birbaşa aidiyyatı olmayan müzakirələrə qoşulursunuz. Qız - liderlik xüsusiyyətinizi üzə çıxarmağın vaxtı gəldi. Sərfəli sövdələr bağlaya bilərsiniz. Faydalı işgüzar əlaqələr qurmaq şansınız var. Cazibədarsınız. Odur ki, diqqət sarıdan gün bol olacaq. Tərəzi - asan, sevincli, xoş gündür. İstədiyinizi əldə etmək üçün dəridən-qabıqdan çıxmaq lazım gəlmir, sanki uğur özü sizə tərəf qaçır. Əgər hansısa çətinliyiniz yaranarsa, dostlarınız dərhal köməyinizə gələcəklər. Həm şəxsi, həm də işgüzar xarakterli maraqlı təklif ala bilərsiniz.
Günün qoroskopu: Asan uğura ümid etməyin



Günün qoroskopu: həm işgüzar, həm şəxsi münasibətlər baxımından əla gündür
Günün qoroskopu: təşəbbüs göstərməkdən çəkinməyin
Günün qoroskopu: yaxşılığa doğru dəyişiklikləri günün ikinci yarısında gözləyin
Günün qoroskopu: İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz
Günün qoroskopu: günün birinci yarısı həddən artıq diqqət və ehtiyat tələb edəcək
Günün qoroskopu: Bədxərclik edərək büdcənizə zərər verməyin
Günün qoroskopu: bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər
Günün qoroskopu- Ciddi maliyyə problemləriniz ola bilər
Günün qoroskopu: Ətrafdakıları şoka salmağı üstün tutursuz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 