Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişiklikləri olub. Universitetdən verilən məlumata görə, Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib. UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb. Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb. Həmçinin “Rus dili” kafedrası ləğv edilərək, “Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, “Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib. Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal İqtisadiyyat Fakültəsi və Mühəndislik Fakültəsinin yaradılması barədə qərar qəbul edilib.
Ölkədə bəzi kafedra və fakültələr LƏĞV EDİLDİ



UNEC-də yeni TƏYİNAT
Bu universitetdə dərslər davam etdiriləcək - Rektor AÇIQLADI
UNEC-in prorektoru işdən çıxarıldı
Bu universitetdə əməkhaqqı artırıldı
Bakıda tələbə qız faciəli şəkildə öldü
Müəllimlərin maaş hesablama sistemində DƏYİŞİKLİK
UNEC-in 90 yaşlı professoru vəfat etdi
Gülşən Mustafayeva vəfat etdi
Əksər abituriyentlər bu universiteti seçir
685 bal toplamış tələbə intihar etdi
Prezident və birinci xanım UNEC-in yeni korpusunun açılışında
Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 