Avropa ölkələrində yoluxmalar artsa da, karantin sərtləşdirilmir. Azərbaycan isə geriyə doğru irəliləyir. ONN media xəbər verir ki, ölkədə avqustun 1-dək xüsusi karantin rejimidir, iyulun 5-dək isə SMS-lə küçəyə çıxmağa icazə verilir. Ancaq məsələ burasındadır ki, əksəriyyət sərt karantin rejiminin tələblərinə əməl etmir. İnsanlar küçələrdə, yollarda, parklarda, marketlərdədir. Bir çox vətəndaş gündə iki SMS yazaraq hərəkət sərbəstliyi icazəsini alır. Bu halda iki həftəlik karantinin rejiminin bir əhəmiyyəti qalırmı? Həkimlər, ekspertlər də Operativ Qərargahı tənqid edərək atılan addımların effektiv olmayacağını söyləyirlər. Hətta professor Adil Qeybulla bildirmişdi ki, iki həftəlik sərt karantin rejimi ilə müsbət nəticə əldə etmək mümkün olmayacaq. Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, Avropa ilə Azərbaycanı eyniləşdirmək olmaz. Onun sözlərinə görə, "qoca qitə”də hazırkı situasiya sərhədləri açmağa, karantini yumşaltmağa imkan verir, Azərbaycanda isə gedişat xoşagələn deyil və Avropa kimi addımlar atmaq üçün hələ tezdir. "Ümid edirəm ki, iyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq. Amma biz yoluxmanın sayına baxmalı, gedişatı izləməli, təhlil aparmalıyıq. İndidən demək olmaz ki, bu iki həftədə hər şey yaxşı olacaq. Çünki insanlar səhlənkarlıq edir, maska taxmırlar, yas yerlərinə toplaşır, sərt karantin olsa da, küçələrdə, parklarda gəzirlər. Nə qədər söyləmək olar ki, lazımsız yerə küçəyə çıxmayın. Yoluxmanın artmasına səbəb olan amillər bunlardan ibarətdir. Əgər tövsiyələrə əməl edilsə, onda azalma olar”. C.İsayev hələ də virusa barmaqarası baxanların olduğunu və bu səbəbə "qurunun oduna yaşın da yandığını” söylədi. O, insanların məsuliyyətsizliyinə nə ad verməli olduğunu bilmir: "Prezident neçə dəfə xəbərdarlıq edib, özü, xanımı, nazirlər maska taxırlar, cəmiyyətə nümunə göstərirlər. Amma ən çox cavanlar buna biganə yanaşırlar. Gənclər bu xəstəliyi ağır keçirmirlər, amma digər yaş qrupların nəzərə almalıdırlar”. C.İsayev karantin tələblərinə əməl olunmasa yoluxmanın artacağını açıqladı. Onun sözlərinə görə, xəstəxanalarda artıq yer yoxdur, yüngül xəstələr ev şəraitində müalicə olunurlar. Baş infeksionist uşaqlarda koronavirusa yoluxmanın az olduğunu bildirdi: "Amma uşaqları qorumaq lazımdır. Bu, əsas vermir ki, uşaqlarda yoluxma faizi azdırsa, gigiyenik qaydalara əməl etməsinlər”. / Musavat.com
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq amma...” - Baş infeksionist



Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA
Azərbaycanda sərt karantin rejimi uzadılacaq?
Bu ölkə sərt karantin rejiminə keçdi
“Onlar bilərəkdən qaydaları pozub görülən işlərə kölgə salırlar” – Vitse-spikerdən sərt MÜNASİBƏT
Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? – Operativ Qərargahdan AÇIQLAMA
Sərt karantin rejimində ev heyvanlarını gəzdirməklə bağlı RƏSMİ AÇIQLAMA
Sərt karantin rejimi bu bölgələrdə tətbiq olunacaq
Karantin ləğv edilə bilər - Açıqlama
Fransada sərt karantin rejimi tətbiq edildi
Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 