Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü olmuş, Vətən eşqi ilə yazıb yaradan sevənlərinin yaddaşlarında silinməz iz qoymuş mərhum Vaqif Məmmədovun şeirlərindən.

VƏTƏN SIĞIR ÜRƏYİMƏ
Ay təbiət, səxavətin çox imiş,
Hər varını bəxşiş etdin yenə sən…
Pay verməkdə heç təmənnan yox imiş,
Büllur kimi ürək verdin mənə sən.
Deyirlər ki, ürək yumruq boydadır,
Nə yerləşər yumruq boyda ürəyə?
Dar qəfəsdə hey döyünmək qaydadır,
Bir gün yasda, bir gün toyda ürəyə…
Dar qəfəsdə qala bilməz ürəyim,
Hər arzumu, qalsa, ora yığmazdım.
Yumruq boyda ola bilməz ürəyim,
Belə olsa Vətən ora sığmazdı…
Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir…
O KİŞİLƏR GEDİBDİ
Yuxuda atamı gördüm. Məndən öz
yaşıdlarını – kəndin köhnə kişilərini soruşurdu…
Daha o dağların əriyib qarı,
Gördüyün bağların sovulub barı,
Yormur daşıqçılar yorğun yolları,
Sən görən kişilər gedibdi daha…
Cığırı ot basıb, iz də qalmayıb,
Arxaclar dağılıb, küz də qalmayıb.
Ocaq yerlərində köz də qalmayıb,
Sən görən kişilər gedibdi daha…
Biçənək yerini biçən azalıb,
Arandan yaylağa köçən azalıb,
Köhləni dayçadan seçən azalıb,
Sən görən kişilər gedibdi daha…
Dəyirman yerində daş qalıb indi,
Obalar, oymaqlar boş qalıb indi,
O yerlər yağıya tuş qalıb indi,
Sən görən kişilər gedibdi daha…
O gür ocaqların közü də gedib,
Buzlu bulaqların buzu da gedib,
Elə bil çörəyin duzu da gedib,
Sən görən kişilər gedibdi daha…
Kişnəyən atları minib gediblər,
Şam kimi əriyib, sönüb gediblər,
Şirin xatirəyə dönüb gediblər,
Sən görən kişilər gedibdi daha…

DƏDƏ QORQUD BOYLARINDA
Ocaqdı o, közüm qalıb,
Zirvədi o, izim qalıb,
Nəğməm qalıb, sözüm qalıb
Dədə Qorqud boylarında…
Ozandımı, aşıqdımı?
Ahıldımı, uşaqdımı?
Göydən gələn işıqdımı?
Dədə Qorqud boylarında.
«Mənsuriyyə»m, «Heyratı»mdı,
Təəccübümdü, heyrətimdi,
Daşa dönən qeyrətimdi
Dədə Qorqud boylarında.
Od-alov var, sərinlik var,
Dəryalar tək dərinlik var,
Layla kimi şirinlik var
Dədə Qorqud boylarında.
Kəlməsində qor yaşayır,
İsmət, namus, ar yaşayır,
Bir xəzinə-var yaşayır
Dədə Qorqud boylarında.
Sal qayada bitən durur,
Əsrlərdən ötən durur,
Bütövcə bir Vətən durur
Dədə Qorqud boylarında.



Qəlblərdə yaşayan şair Vaqif Məmmədovun şeirlərindən
Qəlbi vətən olan şair-Vaqif Məmmədov - Aynur TURAN yazır
"Dəmir Yumruq" abidəsinin açılışı oldu
"Vətən" gənc şairin dilindən
28 iyun Vaqif Məmmədovun doğulduğu gündür
Vətən qarşılıqsız sevilər
Şuşada Vaqif Poeziya günləri keçiriləcək
Xalq yazıçısı Özbəkistanın "Dostluq" ordeni ilə təltif edildi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi
Bakıda möhtəşəm görüntülər: Prezident və xanımı ön sırada...
Millət vəkili şəhid atası ilə görüşdü
Bu gün Mailə Muradxanlının doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 