ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Günün ilk yarısından etibarən kiçik iş və məişət problemlərini həll edin. Tələskənliyə qapılaraq önəmli məsələlərdən birini unutmayın. Qərarı başqa günə ertələmyin. Günün ikinci yarısı sənədləşdirmə və müqavilələr üçün əlverişlidir. Müzakirələrdə diqqətli, sayıq olun. İşdə rəhbərliyin sizə yeni tapşırığı olacaq. Baş verənləri dəyişməyə çalışmayın. Vəziyyəti dürüst qiymətləndirin. Axşam saatlarında həssas davranın. Buğa - Sizi maraqlandıran məsələnin təfərrüatını öyrənin. Soyuqqanlı şəkildə çalışaraq məqsədə doğru addım-addım yaxınlaşın. Önəmli məsələlərin çözümü zamanı tələsməyin. Razılaşmadığınız məqam, qəbul etmədiyiniz detallarla bağlı fikrinizi açıq bildirin. Günün ikinci yarısında mühüm işi təxirə salmaq yanlış qərardır. Səhvin nəticələri ağır ola bilər. Peşəkar inkişaf üçün yaranmış şansı dəyərləndirin. İşgüzar mükalimələrdə qarşı tərəfin mövqelərini nəzərə alın. "Gərəkli" insanla görüşməyi unutmayın. Axşam saatlarında gəzintiyə çıxın. Əkizlər - Prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəqlik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın. Xərçəng - Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın. Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun. Axşam saatlarında evdən uzağa yollanmayın. Şir - Peşəkar maraqlarınızı təmin edə biləcək sərfəli imkanlar yaranacaq. Təklif edilən yeni şərtlərlə razılaşmağa tələsməyin. Situasiyanı diqqətlə araşdırın, təklifi dəyərləndirin. Yeni layihəyə başlamaq olar. Günün ikinci yarısında görüşdə maraqlarınızı müdafiə edin. Yaşlı qohumlardan birinin sizinlə aqressiv danışdığı təqdirdə geri çəkilməyin. Romantikaya qapılmayın. Rifahınızı düşünün, maraqlarınızı təmin edin. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Qız - Günün ilk yarısından etibarən bütün diqqəti peşəkar fəaliyyətə yönəldin. Gərəkli bacarıq, informasiya və təcrübənin olmadığını hiss etsəniz, daha təcrübəli tərəfdaşdan məsləhət almaqdan çəkinməyin. Situasiya barədə maksimum informasiyaya yiyələnin. Günün ikinci yarısında fəaliyyət sahəsini və ya iş yerini dəyişməklə bağlı fikirlər yaranarsa, təşəbbüsün sonuclarını nəzərə alın. Tələsik qərarlar verməyin. Sayıq davranın.
Günün qoroskopu: Planlarınızı kimsə ilə bölüşməyin

Tərəzi - İndiyədək üzə çıxmayan mübhəm problemlər aşkarlanacaq. Onları mərhələlərlə həll edin. Ətrafınızdakı vurnuxmaya aldanmayın. Sizi tələsdirən insanlara qulaq asmayın. Hüquqlarınızı sonadək müdafiə edin. Yaşam tonusunun səviyyəsi aşağı düşə bilər.


Günün qoroskopu: Müdaxilələr yolverilməzdir
Günün qoroskopu: Mənasız şüphələr fəaliyyətinizdə maneələr yaratmamalıdır
Günün qoroskopu: Ailə üzvlərinin qayğısına qalın
Günün qoroskopu: hadisələrə süni təkan verməyin
Günün qoroskopu: bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın
Günün qoroskopu: Kəmiyyət əvəzinə keyfiyyətə üstünlük verin
Günün qoroskopu: Tələskənliyə qapılmayın
Günün qoroskopu: Tanışlarınızın şirnikləndirici təkliflərinə aldanmayın
Günün qoroskopu: Münaqişəyə səbəb olmayın
Günün qoroskopu: Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur
Günün qoroskopu: Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 