Türkiyənin baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlunun gələn ayın ortalarında Azərbaycana səfəri planlaşdırılır.
ONN media-nın xəbərinə görə, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, B.Yıldırım və M.Çavuşoğlunun martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcəyi gözlənilir.
Türkiyəli qonaqların Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəyi də nəzərdə tutulur.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Albaniya prezidenti Ilir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.
Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.



Moldova Prezidenti Azərbaycana gəlir
Makedoniya prezidenti Azərbaycana gəlir
Mavritaniya prezidenti Azərbaycana səfər edəcək
Prezident VI Qlobal Bakı Forumunda
Albaniya prezidenti Azərbaycana gələcək
Bakıda 10-dan çox ölkənin prezidenti də olmaqla nəhəng tədbir başlayır
Monteneqro prezidenti Azərbaycana səfər edəcək
Türkiyənin baş naziri Azərbaycana gəlir
Binəli Yıldırım sabah Bakıya rəsmi səfərə gələcək
Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
X Qlobal Forum nə vaxt keçiriləcək?
VII Bakı Qlobal Forumunun tarixi açıqlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 