ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - çalışarkən yaradıcı nüsnaları unutmayın. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Problemlərin həllində trisial olmayın. Düşüncəniz orijinal, qərarlarınız innovativ olsun. Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlər etməkdən qorxmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Qarşınızdakı insanı anlamağa çalışın. Buğa - ən başlıca məsələ öz qüvvənizə inanmaq, bədgüman olmamaqdır. Çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Qətiyyət və nikbinlik uğurun yarısıdır. Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə çalışın. Çətinlikdən qurtulmaq üçün innovativ qərarlara ehtiyac duyulur. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Əkizlər - yeni perspektivlər yaranır. Kommunikativ olun, problemlərin həllinə yaradıcı yanaşın. Maraqlarınızı bölüşəcək həmfikirlərin sayı arta bilər. Cari işlərdə sizə dəstək ola biləcək insanı arayın. Günün ikinci yarısında köhnə tanışlardan biri ilə qarşılaşa bilərsiniz. Kəsilmiş münasibətlər arasında bərpaya ehtiyac duyulanlar var. Hisslərə qapılmayın, emosional addımlar atmayın. Axşam saatlarında yarımçıq işləri tamamlayın. Stressdən qurtulmağa çalışın. Xərçəng - günün ilk yarısından etibarən situasiyada gərgin məqamların sayı artacaq. Nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Hisslərinizə hakim olun. Günün ikinci yarısında həmkarla və ya şəriklə kəskin mübahisələr etməyin. İmpulsiv davranış durumu ağırlaşdıra bilər. Soyuqqanlı olun. Axşam saatlarında normal istirahət etməyə çalışın. Gəzintiyə çıxa bilərsiniz. Şir - bir müddət əvvəl işlərinizdə başladığınız fasilə artıq başa çatmalıdır. Aktiv olun, irəliyə doğru hərəkət edin. Yaxın ətrafınızdakı insanlarla səmimi davranın. Günün ikinci yarıında sakit olun, amma mövqelərinizdən əsla geri çəkilməyin. Diqqətli çalışın, xırdalıqlara və detallara fikir verin. Liderlik məziyyətlərinizi nümayiş edirin. Gərəkli insanlarla əlaqələr qurun. Təcrübəli insanların biliklərindən yararlanın. İradəli olun, zəifləməyin. Qız - yeni maraqlara aludə olaraq məqsədi unutmayın. İşin zərərinə olacaq addımlar atmayın. Əks halda işdə rəhbərliyin narazılığı, həmkarların qəzəbi ilə qarşılaşa bilərsiniz. Nəzərdə tutulmayan, qəfil gəlir istisna deyil. Günün ikinci yarısında əldə etdiyiniz pulları səpələməyin. Bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları yaxşı işə, faydalı layihəyə yatırmaq olar. Yaxınlarınızla münasibətlərdə soyuqqanlı davranın. Mənşəyi naməlum xəbərlərə inanmayın. Səbrli, sakit olun. Tərəzi - uzunmüddətli planlar qurmayın. İllüziyalara qapılaraq imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ən yaxın vaxtlara hesablanmış işə başlayın və nəticəyə maksimal dərəcədə sürətlə nail olun. Günün ikinci yarısında sifarişin və ya tapşırığın öhdəsindən gəlmək üçün təcrübənizə güvənin. Məişət qayğıları sizə axşam saatlarında normal istirahət etməyə imkan verməyəcək. İmkan varsa, evdən çıxın, əylənin.
Günün qoroskopu: Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur



Günün qoroskopu: Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur
Günün qoroskopu: Steessdən qurtulmağa çalışın
Günün qoroskopu: Mövqeləriniz, fikirləriniz laqeydliklə qarşılanır
Günün qoroskopu: narahatlıq üçün heç bir səbəb yoxdur
Günün qoroskopu: ciddi problemlər, ağır fəsadlı olaylar olmayacaq
Günün qoroskopu: başladığınız işlərdə irəliləyişlərə nail ola bilərsiniz
Günün qoroskopu: çətin problemlərin həlli üçün əlverişli zamandır
Günün qoroskopu: Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın
Günün qoroskopu: bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın
Günün qoroskopu: səbrli və təmkinli olun
Günün qoroskopu: Hadisələr çox ləng cərəyan edir
Günün qoroskopu: Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 