Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. ONN media -ya daxil olan məlumatda deyilir: Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunmuşdur. Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilmişdir. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır: - Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir; - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla). Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırırıq.
SON DƏQİQƏ: Rayonlara gediş-gəlişlə bağlı qadağa ləğv olundu



Bu gündən xüsusi karantin rejimi yumşaldıldı - RƏSMİ
Azərbaycanda karantin rejimi uzadıldı - SON DƏQİQƏ
Azərbaycanda karantin rejimi uzadıldı
SON DƏQİQƏ: Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Qapalı məkanda kafe və restoranların fəaliyyətinə icazə verildi — RƏSMİ
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
Bu rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldı
Bakı metrosu 72 gün sonra sərnişinlərin xidmətində
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı QƏRAR İMZALADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 