Dünyanın ilk qeydiyyata alınan koronavirus peyvəndi “Sputnik V”nin sınaq partiyaları Rusiyanın bütün bölgələrinə çatdırılıb. ONN media xəbər verir ki, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Qintsburq deyib. Onun sözlərinə görə, artıq peyvəndin ilk dozaları 2 min 500 könüllüyə inyeksiya edilib: “3-cü dərəcəli kliniki sınaqlar artıq Moskvada başlayıb. Bu, olduqca bahalı layihədir. 40 min könüllü müxtəlif immun formalarının yaranması baxımından bütün parametrlər nəzərə alınaraq analiz edilir. Könüllülərin 14-15 faizində 38 dərəcə qızdırma, peyvəndin vurulduğu yerdə qızartı və baş ağrısı kimi simptomlar aşkarlanıb. Bunların 1 gündən sonra keçəcəyi gözlənilir. Qalan 85 faizdə isə heç bir simptom müşahidə olunmayıb”. Mərkəz sədri bildirib ki, sınaqlar 2021-ci ilin yaz aylarında başa çatacaq. Ardınca peyvənd uşaqlar üzərində sınaqdan keçiriləcək.
Rusiya peyvəndindən ŞAD XƏBƏR



Virusa yoluxmuş şəxslərə ŞAD XƏBƏR
Rusiya virusa qarşı peyvənd istehsalına başlayır - TARİX AÇIQLANDI
Özbəkistandan koronavirusa qarşı MARAQLI ADDIM
Rusiya peyvəndin ikinci sınaq mərhələsinə başladı
Koronavirusun vaksini tapıldı- RƏSMƏN AÇIQLANDI
Rusiyadan İNANILMAZ HƏMLƏ: ikinci peyvənd gəlir
Rusiya koronaya qarşı peyvəndin kliniki sınaqlarına başladı
Dünyanın ilk COVID-19 peyvəndi dövriyyəyə buraxıldı - TARİXİ GÜN
İran COVID-19 peyvəndini təqdim etdi
Rusiyanın peyvəndi ilə bağlı ÖNƏMLİ AÇIQLAMA: 6 ay sonra...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 