“Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür”.
ONN media-ya Azərbaycan Müdafiə Nazirliyindən daxil olan məlumata əsasən xəbər verir ki, uğurlu əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində şox ciddi itkilərə məruz qalıb: “ Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.
Məlumatda bildirilir ki, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.
Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda ciddi yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur.
Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.



Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
Düşmənin itkiləri açıqlandı - RƏSMİ
Ermənistan ölən hərbiçilərin bir qismini də açıqladı - ADLAR
Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi
RƏSMİ: Ermənistanın itkiləri açıqlandı - RƏQƏMLƏR
Düşmənin xeyli sayda canlı qüvvəsi və döyüş texnikası MƏHV EDİLDİ
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı - VİDEO
Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi
Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Düşmən darmadağın edildi, hərbi texnikaları SIRADAN ÇIXARILDI
Rusiyanın 21 mindən artıq hərbçisi öldürülüb - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 