Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağdərə istiqamətində qoşunlarımız düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır. İctimaiyyətə əlavə məlumat veriləcək və videolar təqdim olunacaq.
Madagiz ətrafındakı hakim yüksəkliklər AZAD EDİLDİ



Düşmən Ağdərə, Xocavənd və Qubadlı istiqamətində DARMADAĞIN EDİLDİ
Düşmən ciddi itki verdi, dayaq məntəqələri MƏHV EDİLDİ
Cəbhədə SON DURUM
Ağdərə istiqamətində düşmənin şəxsi heyəti MƏHV EDİLDİ
Gecə ərzində gərgin döyüşlər davam edib
Düşmən xeyli itki verdi, hərbi texnikaları MƏHV EDİLDİ
Cəbhədən SON XƏBƏR
Düşmən darmadağın edildi, hərbi texnikaları SIRADAN ÇIXARILDI
Cəbhədə SON VƏZİYYƏT necədir?
Düşmən Qubadlı istiqamətində darmadağın edildi
Cəbhədə gecə NƏLƏR BAŞ VERDİ? - MN AÇIQLADI
Cəbhədən SON XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 