Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu, Prezident yanında Elmin İnkişafı Fondu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Prezident yanında Gənclər Fondu, Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.
Dövlət başçısının digər sərəncamları ilə mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində, mədəniyyət, gənclər və idman müəssisələrində, Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin də əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.



Bir neçə dövlət qurumu ləğv edildi
Elmi müəssisə və təşkilatların işçilərinin maaşları artırıldı
Bu şəxslərin maaşı artırıldı-DİQQƏT
Dövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırıldı
Həkimlərin maaşları artırıldı
Bu şəxslərin maaşı 100 manat artırıldı - QƏRAR
Bu sahələrdə çalışanların maaşı artırıldı – SƏRƏNCAM
Prezidentdən əməkhaqlarının artırılması ilə bağlı daha bir sərəncam
Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı
Kimlərin əməkhaqqıları artacaq?- SİYAHI
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair Dövlət Proqramı” qəbul edilib
Müəllimlərin maaşı artırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 