Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub. ONN media xəbər verir ki, 6,6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində 6 yaşayış binasına ciddi zərər dəyib. Yerli vaxtla saat 14:51-də meydana gələn zəlzələ İstanbulda da hiss edilib. Kandilli Rəsədxanası zəlzələnin şiddətinin 6,8 bal olduğunu açıqlayıb. Yerin 16,5 km dərinliyində olan yeraltı təkanlar 15 saniyə davam edib. İzmirin bələdiyyə sədri Tunç Soyer bir neçə çoxmənzilli binanın çökdüyünü açıqlayıb. Səfərhisarda dəniz səviyyəsi yüksəlib. Avterşokların davam etdiyi bildirilir. Daxili İşlər naziri Süleyman Soylu Bornova və Bayraklı bölgələrində 6 binanın çökdüyünə dair xəbər aldıqlarını açıqlayıb. Ətraf mühit naziri Murat Kurum dağıntılar altında qalanların olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı ilk açıqlamanı sosial media hesabından verib: "İzmirdə meydana gələn zəlzələdə zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimizin bütün imkanları ilə zərərçəkənlərin yanındayıq. Aidiyyəti bütün qurumlarımızla, nazirlərimizlə bölgədə lazımi işlərə başlamaq üçün hərəkətə keçdik”.
Türkiyədə ŞİDDƏTLİ ZƏLZƏLƏ - Ərdoğandan ilk açıqlama



SON DƏQİQƏ: Yunanıstanda GÜCLÜ ZƏLZƏLƏ
Türkiyədə zəlzələ - 5 şəhər silkələndi
İstanbulda zəlzələ oldu
SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ BAŞ VERDİ
Türkiyədə zəlzələ oldu
Türkiyə yenə silkələndi- Ölənlərin sayı artır
Türkiyədə dəhşətli zəlzələ: 6.5 bal
İstanbulda zəlzələ oldu
Türkiyədə yenidən ZƏLZƏLƏ OLDU
Türkiyədə daha bir zəlzələ baş verdi
Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ OLDU
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 