ONN İnformasiya Agentliyi

7 şərtini başına vurduq - İlham Əliyev

7 şərtini başına vurduq - İlham Əliyev
17-11-2020, 14:08

“Bundan sonra artıq heç kim bizimlə ulitimatum dilində danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər?”. ONN media  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib. “Mənim bir şərtim var idi – rədd ol çıx get! O şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. İşğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Onların valideynlərinə təşəkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdirib ”, - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png