Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
ONN media xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəyə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.
Əmək Məcəlləsinə Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı da dəyişiklik ediləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə bu barədə də qanun layihəsi daxil edilib.
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.
Qeyd edək ki, qanun layihələri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr və “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamlarından irəli gəlir.



Bu gün Azərbaycanda qeyri-iş günü elan edildi - RƏSMİ
Prezident Zəfər Günü ilə bağlı QANUNU TƏSDİQLƏDİ
Milli Məclisin iclası başladı
Azərbaycanda bu tarix də İŞ GÜNÜ OLMAYACAQ
Sabah qeyri-iş günü olacaq? - Rəsmi açıqlama
Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edildi
Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin komitə iclası keçiriləcək
“Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək
Milli Məclisin növbəti iclası başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 