Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 11 yanvarda Moskvada keçiriləcək danışıqların gündəliyi iqtisadi xarakter daşıyır. Ərazi məsələləri ilə bağlı heç bir sənəd imzalanmayacaq. ONN media xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan Feysbuk səhifəsində yazıb. Gevorkyanın sözlərinə görə, söhbət Ermənistandan Rusiya və İrana, eləcə də Ermənistanın mərkəzi regionlarından Sünik (Zəngəzur) bölgəsinə regional rabitə, beynəlxalq yük daşımalarının açılmasından gedir. Gevorkyan “Mehri dəhlizi” ilə bağlı Bəyanatda hər hansı bəndin olmaması haqda Paşinyanın fikrini də təkrarlayıb və bildirib ki, həmin ərazilərdə “kommunikasiyaların açılmasından” söhbət gedir. Bu yerdə 10 noyabrda imzalanan Bəyanatın 9-cu bəndini xatırlamamaq olmur: “9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
İrəvan Moskva görüşünün gündəliyini açıqladı: “Mehri dəhlizi”...



SON DƏQİQƏ: Peskov Moskva görüşünün TARİXİNİ AÇIQLADI
İşçi Qrupu toplanır: Zəngəzur dəhlizi ilə bağlı razılaşma bu gün açıqlana bilər
Azərbaycan Laçın yolu ilə bağlı təcili addım ata bilər
Sabah Naxçıvan dəhlizi müzakirə olunacaq – Moskvada görüş
Paşinyan ETİRAF ETDİ: Bir yolumuz var. O da...
Qarabağla bağlı bəyanatın TAM MƏTNİ
Türkiyə ilə əlaqə qurmağa HAZIRIQ – İrəvan
Azərbaycandan bunu gözləyirik- PAŞİNYAN
Zəngəzur dəhlizi Ermənistan üçün vacibdir – Koltaşov
İlham Əliyevdən Moskva görüşü ilə bağlı ilk açıqlama
Naxçıvan dəhlizi ilə bağlı növbəti toplantı - Tarix AÇIQLANDI
Brayza: Zəngəzur dəhlizini onlar istəmir – VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 