“Hamını da təbrik edirəm, suyun da qiymətini qaldırdılar. Arada ancaq çay filan içərik”. ONN media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “10-da görüşək” proqramında Tarif Şurasının qalmaqallı qərarından danışarkən deyib: “Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər -qiymət artımları bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım (gülür)”.
Bundan əlavə, sənətçi pandemiya dövründə yaranmış problemlərdən də söz açıb: “Ümumiyyətlə işləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər. Onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq. Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Xanımlar onsuz evdə idilər. Arada uşaqla həyətə düşürdülər, onu da qadağan etdilər. Yalnız itlə bayıra çıxmağa icazə verdilər”. R. Ayxan oğlu Hüseynin distant təhsildən heç nə qazanmadığını dilə gətirib: “Bu il təhsil ümumiyyətlə sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı. Müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə-belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinifi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt olmadı”. Müğənni bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımovanın ondan küsülü olmadığı ilə bağlı fikrinə də münasibət bildirib: “Mən həmişə deyirəm ki, yolumun qarşısına daş qoyan olmayıb. Səhvsiz insan yoxdur. Səhv insan üçün yaranıb. Ya yaxşısan, ya pissən. Sonradan pis insan olmur. Aygün Kazımova yaxşı qonşudur. Biz birlik bacaran xalqıq. Bir şey olan kimi qapısını döysəm, köməklik göstərər. Mən də həmçinin”.Röyadan suyun qiymətinin bahalaşmasına SƏRT REAKSİYA



Röya məşhur müğənni ilə ELƏ FOTOLAR PAYLAŞDI Kİ...
Röya omba əməliyyatı keçirib? - Özü AÇIQLADI
Röyadan Flora Kərimovaya cavab: "Məni sıxmayın"
Röya Ayxan ilk dəfə müğənni xalası qızı ilə
Röya Ayxan bu addımı ilə hərkəsi kövrəltdi
Röyanın konserti yenə təxirə düşdü
Xaricdə evi olan azərbaycanlı məşhurlar - SİYAHI
Röya: “Elşad Xosenin xanımının bir oğlu var”
Məşhurların əsl adları nədir? - SİYAHI
Röyadan ŞOK ETİRAF: “Atam anamı döyürdü”
"Hacı mənə evlənmə təklifi edib" - Röyadan ETİRAF
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil..."
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 