Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
ONN media Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edilibr.
Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diqqəti cəlb edib.
Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Saxlanılan şəxsin öz hərəkətlərini maskalamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.
Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəyyam Camal oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələraşkar olunaraq götürülüb.
Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasitəyə oxşar maddələr aşkarlanaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azərbaycana külli miqdarda narkotik gətirərkən yaxalandı
İranla sərhəddə əməliyyat- Saxlanılan var
Hərbçilərimiz sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ - TUTULANLAR VAR
DSX əməliyyat keçirdi: saxlanılanlar var
İrandan hərəkət edən naməlum uçuş aparatı saxlanıldı - Rəsmi
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər SAXLANILDI
DSX əməliyyat keçirib- Saxlanılanlar var
DSX sərhəddə ƏMƏLİYYAT KEÇİRDİ - TUTULANLAR VAR
Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT
Azərbaycan-Gürcüstan sərhəddində gərginlik – Saxlanılan var
DSX-dən əməliyyat: 54 kq marixuana müsadirə edildi
DSX əməliyyat keçirdi- Saxlanılan var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 