Hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti haqqında məlumat açıqlanıb. Avtomobil Yolları Dövlət Agentliyindən ONN media -ya verilən məlumata görə, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur,, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 8-10 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 15-18 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Giləzi - Xızı yolunda yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub. Bakı - Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Qobustan - Şamaxı - Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən körpülərə, sərt əyrilərə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 7-8 dərəcə, Ağsu rayonu ərazisində 3-5 dərəcə şaxta var. Gecə saatlarında yolun Muğanlı-Ağsu hissəsinə zəif qar yağmış, səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Bakı - Ələt - Hacıqabul yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Hacıqabul - Ucar - Yevlax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Muğanlı - İsmayıllı yolunda yağıntı yoxdur, 9-10 dərəcə şaxta var. Gecə saatlarında zəif qar yağmış, yolun meşə zolağından keçən hissələrində güclü buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 9-10 dərəcə, Qəbələ, Oğuz və Şəki rayonları ərazisində 6-7 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar yağmış, gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhəd yolunda marşrut boyu yağıntı yoxdur, 4-8 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar, Qax rayonu ərazisinə güclü qar yağmışdır. Gecə saatlarında şaxta çox olduqundan yolda buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yevlax – Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, Şəki rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Gəncə - Daşkəsən - Xoşbulaq yolunda yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur, 11-13 dərəcə şaxta var. Yasamal aşırımında yollar açıqdır. Şəmkir rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi yolunda Astara rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Masallı – Yardımlı yolunda Masallı rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub. Lənkəran – Lerik yolunda Lənkəran rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Lerik rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub. Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hansı yollar buz bağlayıb?



DİQQƏT: Bu yollara qar yağıb - SİYAHI
Azərbaycanda bu yolları buz bağladı - SİYAHI
Azərbaycanda buzlaşma olan yolların SİYAHISI
Yollardakı son durum necədir?
Qar hansı yolları bağlayıb? - AÇIQLAMA
Avtomobil yollarında SON VƏZİYYƏT AÇIQLANDI
Azərbaycanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI - Bu yollar BUZ BAĞLADI
AAYDA bu yollarla bağlı hərəkətə keçdi
Yollardakı son vəziyyət açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 