Qarabağ konfliktinin həlli ilə bağlı ABŞ-ın öz həll planı var.
ONN media Turkustan.info-ya istinadən xəbər verir ki, bunu “Jamanak” qəzetinə açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, ABŞ hələlik əlindəki kartların heç birini açmaq istəmir:
“Amerikanın ATƏT-in Minsk Qrupundakı həmsədri Endryu Şefer ümumilikdə haqlıdır. Dağlıq Qarabağın hərbi həlli yoxdur. Belə ki, müharibə təkcə Qarabağı yox, bütün regionu məhv edəcək. Lakin digər tərəfdən status-kvonun saxlanılmasına da ümid yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunda getdikcə aktivləşir. Bu öz-özlüyündə belə simvolik faktdır. Digər tərəfdən, Şefer Azərbaycan mətbuatına müsahibəsində çətin qərarların qəbulundan danışır, amma bunun nə olduğunu demir. Bu, kifayət qədər maraqlı məqamdır. Güman edirik ki, ABŞ tərəflərdən hansısa birinə qeyri-rəsmi formada təklif irəli sürür. Aydındır ki, Vaşinqton dondurulmuş prosesi yerindən tərpətmək istəyir.
Bu gün danışıqlar masasında 2016-cı ilin aprelinə qədər olan sənədlər müzakirə edilir və bunu tərəflər də inkar etmir. Bu, Madrid prinsipləridir. Lakin son iki il ərzində tərəflər yeni qərarlara can atırlar. Bu, 2016-cı ildə Vyana və Sankt-Peterburqda, 2017-ci ilin oktyabrında Cenevrədə qəbul edilmiş qərarlardır. İndiki status-kvo ABŞ-dan başqa bütün Minsk Qrupu ölkələrinə sərfəlidir”.



Lavrovdan QARABAĞ AÇIQLAMASI: "İlk cəhdən olmasa da..."
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Merkelin İrəvandan Qarabağ açıqlamasına Rusiyadan – Cavab
Torpaqlar qaytarılır, Bakı ilə razılıq var - Tarasov
Minsk qrupunun amerikalı həmsədri Bakıya gəldi
Münaqişə yalnız bu yolla həll olunacaq- Paşinyan
"Həmsədrlərlə birlikdə Qarabağ münaqişəsinin həlli üçün cəhdlərimizi davam etdirəcəyik"
ABŞ Qarabağ danışıqlarında iştirak edəcək - AÇIQLAMA
Dövlət katibindən Dağlıq Qarabağ MESAJI
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
İrəvanda Qarabağ münaqişəsi ilə bağlı görüş
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 