Bayramların ard-arda sıralandığı mart ayında restoranlarda açıq musiqi proqramları tərtib olunmaqdadır. Məsələn, 8 martda restoranlarda yer qalmamışdı. Əksər restoranlarda isə musiqi proqramları vardı. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə xalq artistləri Aygün Kazımova, Brilyant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak etdi. Aygün Kazımova bayram günü 1 saat çıxış üçün 15 min manat qazanıb. Müğənni iki restoranda səhnəyə çıxıb. ONN media xəbər verir ki, müğənni Səidə Sultan 5 məkanla anlaşıb. O, hər yarım saat üçün 2 min manat alıb. Dj Roşka 35 dəqiqəlik çıxışının müqabilində 2 min manat gəlir əldə edib. Xalq artisti Miri Yusif isə 1 məkanla razılaşıb. Onun külli miqdarda pul qazanacağı bildirilsə də, məbləğ açıqlanmayıb. Qarşıdakı 9 günlük tətildə də eyni proses gözlənilir. Bu, işsiz və səhnəsiz qalan sənətçilərin bir qədər nəfəs alması deməkdirmi? Onlar restoranlarda səhnə almağa, oradan qismən qazanmağa necə baxırlar? Müğənni İzzət Bağırov bildirib ki, şou proqramlara dəvət alsa, qatılar: “Məni şou proqramlara dəvət edən olmayıb. Dəvət edən olsa, gedərəm. Onsuz da 1 ildir ki, işsizik, pul qazanmırıq. Bütün sənətçilər gözləyir ki, şou proqramlar, toylar başlasın. Mən də onlar kimi gözləyirəm ki, işimizin başına qayıdaq. Artıq koronavirusdan da qorxmuruq. 1 ildir işsizik”. Müğənni Sevinc Musayeva deyib ki, toylara icazə verilsə, el şənliklərinə qatılar: “Başqa ölkələrdə toylar başlayıb. Bizdə də başlasa, yaxşı olar. Bir ildir ki, işsizik. Dolanmaq getdikcə çətinləşir. Baxıram ki, sənət dostlarım Rusiyaya toylara gedir. 8 Martda da müxtəlif məkanlarda şou proqramlarda çıxış etdilər. Onların adına sevinirəm. Mən 5 ildir ki, şou proqrama getmirəm. Toyları gözləyirəm”.(musavat.com)
8 martda 1 saata 15 min manat qazanan müğənni KİMDİR?



Aygün, Brilliant, Renka əyləncə gecəsində: Karantin qaydaları belə POZULDU
Məşhurların yeni il qiymətləri yalan çıxdı
Aygün Kazımova yeni İMİCDƏ - FOTO
Aygün Kazımova da koronaya yoluxdu
Müğənnilərin inanılmaz yeni il qiymətləri açıqlandı
Aygün Kazımova yeni imicdə - FOTO
Aygün Kazımova ərə gedir?
Fəxrəddin Manafovun Aygün Kazımova ilə ELƏ GÖRÜNTÜSÜ YAYILDI Kİ...
Aygün Kazımova bulvarda belə görüntüləndi - VİDEO
Aygün Kazımovanın adına Bakıda bağ salındı
Aygün Kazımova Brilliantla bağlı suala belə cavab verdi
Aygün Kazımova Almaniyada hotel açır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 