Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 29-31-ci km aralığında, yəni Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə əsaslı təmir işləri aparıldığından 13 oktyabr saat 06:00-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.
O bildirib ki, nəqliyyat vasitələri avtomobil yolunun 28-ci km-dən, yəni “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Sumqayıt şəhərinə, eləcə də şimal istiqamətində - Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər. Bununla yanaşı, Sumqayıt şəhərinə alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq tövsiyə edilir: "Sumqayıt şəhər sakinləri isə paytaxt istiqamətinə Novxanı və Saray qəsəbələrindən keçən, o cümlədən “çöl yolu” kimi tanınan avtomobil yolları vasitəsilə magistral yola çıxmaqla hərəkət edə bilərlər.
Təmir işləri müddətində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən müvafiq şərait yaradılacaqdır".



Bu yolda hərəkət məhdudlaşdırılacaq - DİQQƏT
SON DƏQİQƏ: Bakı - Sumqayıt yolunda hərəkət dayandı
Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
DİQQƏT- Bu qəsəbəyə giriş məhdudlaşdırılır
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Bakı-Sumqayıt yolunda uzun tıxac yarandı, hərəkət İFLİC OLDU
Bu yoldan istifadə edənlərə ÜZÜCÜ XƏBƏR
Bakı- Sumqayıt yolundan istifadə edənlərə pis xəbər
Sabah 70 minə yaxın ev qazsız qalacaq - Rəsmi
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı-Sumqayıt yolu bağlandı – VİDEO – Alternativ yolların SİYAHISI
DİQQƏT: Bu yol BAĞLANACAQ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 