Martın 13-14-də koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə sərnişindaşımada yaranmış fasilə müddətində Bakı Metropoliteni QSC-nin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq. Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. “Məlumdur ki, infeksiyanın ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, xüsusi karantin rejiminin müddəti 1 aprel saat 06:00-a qədər uzadılıb. Sərnişin daşınmadığı müddətdə Bakı Metropolitenində müntəzəm tədbirlər hər bir sahədə texniki-normativ tələblərə uyğun olaraq, davamlı aparılır. Normal iş rejimi şəraitində yoxlamanın məqsədi isə metropoliten infrastrukturunun vahid sistem kimi bir daha yoxlamaqla qiymətləndirmək və hazırlıq səviyyəsinin optimallığını qoruyub saxlamaqdır. Yoxlama çərçivəsində qatarlar metropoliten xətlərində müəyyən edilmiş qrafikə uyğun hərəkətə gətiriləcək və gün ərzində işləyəcək. Bu zaman hərəkətin təşkili və idarə olunması, o cümlədən infrastruktura daxil olan elektrik təchizatı və digər mühəndis-texniki sistemlərin, qurğu və avadanlıqların adi iş rejimi qaydasında yoxlanılması da həyata keçiriləcək. Yoxlamanın daha bir hədəfi aidiyyəti üzrə işçi personalının peşə vərdişlərini qiymətləndirmək və möhkəmləndirməkdir. Bakı Metropoliteni QSC ictimaiyyətin diqqətinə çatdırır ki, yoxlama tədbirləri zamanı sərnişin daşınmayacaq. Ümumən COVID-19 pandemiyası şəraitində tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə tənzimlənir. Onu da əlavə edək ki, əldə olunmuş müsbət nəticələr fonunda bu tədbirlər qiymətləndirmənin müqayisəli şəkildə təhlilini aparmağa, infrastrukturun və işçi heyətinin hazırlığını daha əmin, optimal vəziyyətdə saxlamağa imkan verir”, - məlumatda bildirilib.
Bakı metrosu həftəsonu işləyəcək, amma...



Bakı metrosu adi iş rejiminə gətirilir
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Azərbaycanda karantin rejimi uzadıldı
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
Azərbaycanda karantin rejimi uzadıldı
Xüsusi karantin rejimi uzadıldı
Bakı metrosu bu günlərdə də BAĞLI QALACAQ
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Bakı metrosu 72 gün sonra sərnişinlərin xidmətində
Xüsusi karantin rejimi uzadıldı - BU TARİXƏDƏK
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 