Türkmənistan Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.
ONN media xəbər verir ki, müvafiq memorandum Türkmənistan parlamentinin altıncı çağırışının videokonfransla keçirilən on üçüncü iclasında qəbul edilib.
Qeyd edək ki, Anlaşma Memorandumu 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.
“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.
“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək.
Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.



İlham Əliyev sərəncam imzaladı
Əliyevlə Qurbanqulu Berdiməhəmmədov videokonfrans formatında görüşdü
Türkmənistan Prezidenti Ceyhun Bayramovla görüşdü
Milli Məclisin iclası başladı
Deputatlar 22 məsələni müzakirə edəcək
Prezident anlaşma memorandumunu təsdiqlədi
Azərbaycan və Türkmənistan arasında birgə işçi qrupun iclası keçirildi
Bu gün deputatlar 12 məsələni müzakirə edəcək
İlham Əliyev Türkiyə ilə bağlı memorandumu təsdiqlədi
Azərbaycan-Türkmənistan sənədləri imzalandı
İlham Əliyev Zəngəzurla bağlı fərman imzaladı
Türkmənistan Çinə borcunu tam bağladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 