Son zamanlar mətbuatdan və sosial şəbəkələrdən izləyirəm ki, insanlar Naxçıvandan toy paylaşır. Təbii ki, toylar gözəldir, olmalıdır, amma insanlar bizə müraciət edir ki, əgər Naxçıvanda toy keçirilirsə, nəyə görə Azərbaycanın digər bölgələrində buna izacə verilmir?
ONN media xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Feysbuk səhifəsindən video-müraciətində deyib.
O, Naxçıvanda toyların keçirilib-keçirilməməsini dəqiq bilmədiyini, bunu yalnız sosial şəbəkələrdən oxuduğunu qeyd edib:
"Mən toyların keçirilməsinə pis baxa bilmərəm. İnsanlar bizdən bu məsələni parlamentdə qaldırmağı, Operativ Qərargahla müzakirə aparmağı və nəticədə toyların keçirilməsinə nail olmağımızı istəyir. Əslində, biz də bunu istəyirik.
Əgər pandemiya aylar, illər çəkəcəksə, toylara icazə verilməyəcəksə, bunun sonradan çox böyük mənfi nəticələrinin şahidi ola bilərik. Artıq havalar da isinib. Restoranlarda isə 50-100 nəfərlik zallar var. Mən deməzdim ki, həmin zallar pandemiyanın yayılması üçün şərait yaradır.
İnsanlar 50-100 nəfərlik zalları olan kafe və restoranlarda toylarını keçirə bilərlər. Onsuz da hər gün orada toplaşırlar, ad günü keçirirlər və s.
İkinci bir tərəfdən, artıq Azərbaycanın bir çox rayonunda hava istidir. Günorta saat 12-dən 4-ə və 5-ə qədər açıq havada toyların keçirilməsi mümkündür. Hətta bunun Bakıda da keçirilməsi mümkündür. Mən açıq havada pandemiyanın yayılması təhlükəsinin olduğunu düşünmürəm".(axar.az)



Toylara icazə: Qonaqların sayı və digər şərtlər... — BUNLARA DİQQƏT!
“Bizi bütün dünyada biabır edən toy modelini ortadan çıxarmalıydıq” - Sosioloqdan haqlı irad
Toylara İCAZƏ VERİLSİN - Milli Məclisdə MÜHÜM MÜZAKİRƏ
Toylarla bağlı AÇIQLAMA: Avqustun 10-da başlayır...
Bu şərtlərlə toylara icazə verilə bilər – AÇIQLAMA
Toylar nə vaxtdan keçirilə bilər?
Toylara bir şərtlə icazə verilə bilər…
"Toyların bərpası ilə bağlı məsələ..." - RƏSMİ
Novruz bayramından sonra TOYLAR KEÇİRİLƏ BİLƏR- AÇIQLAMA
Azərbaycanda bu tarixədək toy olmayacaq - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 