Bu gün sosial mediada ifaçı Xatirə İslamın videosu yayımlanıb. Bu videoda ifaçı özünü Mübariz Mənsimovun danışmanı olaraq təqdim edən Sahil İmanov adlı şəxsi dələduzluqda ittiham edib. Xatirə İslam bildirib ki, Sahil İmanov adlı şəxs Mübariz Mənsimovun adından və nüfuzudan sui-istifadə edərək bir çox məşhur ifaçıdan pul alaraq onlara sosial mediada bir sıra xidmətlər göstərəcəyi barədə yalan vədlər verib. ONN media xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva deyib. “Mübariz Mənsimovun heç bir zaman Sahil İmanov adlı media müşaviri olmayıb. Mübariz Mənsimovun media işlərini 10 ildən çoxdur ki, mən idarə edirəm. Mübariz Mənsimovun qanunsuz həbsindən sonra bu adamı tanımışam. Videobloger olduğunu bilirəm, amma nə şirkət, nə Mübariz Mənsimovun xanımı, nə də ailə ilə heç bir bağlantısı yoxdur. Müstəqil jurmalist kimi özünü təqdim edib. Dəyərli sənət adamlarımıza mürciət edərək bildirmək istəyirəm: “Palmali”nin nə ünvanı, nə də telefon nömrələri dəyişib. Rəsmi səhifələrimiz və nəhayət, şirkətin rəsmiləri var. Kimsə sizi dolandırmağa cəhd edirsə, bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Xahiş edirəm, belə hallarla qarşılaşsanız bilavasitə mənimlə əlaqə saxlayın. Ümumilikdə, sosial mediada Mübariz Mənsimovun adını etiketləyərək əlaqəsi olmayan xəbərlərə rast gəlirik. Xəbərdarlıq edirik ki, rəsmi olmayan xəbərlərdə nə "Palmali" Holdingin, nə də Mübariz Mənsimovun adı hallanmasın. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, - Quliyeva bildirib. Qeyd edək ki, bu gün müğənni Xatirə İslam özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı kimi təqdim edən Sahil İmanov adlı şəxsin ona və bir neçə sənətçiyə qarşı dələduzluq etməsilə bağlı videomüraciət yayımlamışdı.(axar.az) https://youtu.be/UkTTRGcNCSw
"Palmali"dən dələduzluq edən şəxslə bağlı açıqlama - VİDEO



Mənsimovun səhhəti pisləşdi
Mübariz Mənsimovun işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ - RƏSMİ
Mənsimovun ev dustaqlığı ləğv olundu
Mübariz Mənsimovun saxlanılması ilə bağlı "Palmali"dən açıqlama
SON DƏQİQƏ: Mübariz Mənsimovun işi ilə bağlı bütün dəlillər...
Kırmızıgül Mübariz Mənsimovun məhkəməsində NƏLƏR DEDİ?
Mübariz Mənsimov məhkəmə qarşısında – QƏRAR
SON DƏQİQƏ: Mübariz Mənsimov haqqında QƏRAR
Mənsimovun həbsdən öncə verdiyi göstəriş yerinə yetirildi
Mübariz Mənsimovun məhkəmə tarixi AÇIQLANDI
Mübariz Mənsimovun həbs edildiyi xəbəri yayıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 