Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərinin Azərbaycanın Laçın rayonu ilə sərhəd ərazisindəki Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən guya mühasirəyə alınması və istənilən an ermənilərin postlarını itirə biləcəyi barədə bu ölkənin yaydığı məlumatın əsası yoxdur. Bu, şişirdilmiş və təhrif olunmuş xəbərdir. ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasındakı mövqelərində dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur. Ermənistanda bu kimi xəbərləri yayan dairələri əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırmamağı və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları işğaldan azad olunduqdan sonra həmin rayonlar boyunca iki ölkənin dövlət sərhədində Azərbaycan hərbi qulluqçularının sivil qaydada xidməti fəaliyyətini həyata keçirmə rejiminə artıq öyrəşməyi və həmişəlik adət etməyi tövsiyə edirik.
Müdafiə Nazirliyindən erməni təxribatına CAVAB



DSX-dən erməni təxribatına CAVAB
SON DƏQİQƏ: ermənilər Laçın istiqamətində təxribata cəhd göstərdi
Ermənistan Daşkəsən, Kəlbəcər və Laçında genişmiqyaslı təxribat törədib
SON DƏQİQƏ: Ordumuz yenidən atəşə tutuldu
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
Ermənilər yenidən mövqelərimizi atəşə tutdu
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
Ordumuzun mövqeləri atəşə tutuldu
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 