"Dağlıq Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problem olaraq qalır". ONN media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib. "Şübhəsiz, bizim iki tərəfli münasibətlərin qurulması planında danışmalı şeylərimiz var və təbii ki, ən aktual, ən kəskin problemlər – həm Dağlıq Qarabağda, həm də onun ətrafında vəziyyətin normallaşmasıdır", - deyə Putin qeyd edib. Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub. Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Putindən KRİTİK QARABAĞ AÇIQLAMASI



Putin İlham Əliyev və Paşinyanla Dağlıq Qarabağ üzrə sazişi müzakirə etdi
Paşinyan Putinə zəng etdi
Moskvaya KRİTİK ZƏNG: Şarl Mişel Putindən Qarabağla bağlı nəyi xahiş edib?
Putindən SON DƏQİQƏ Qarabağ açıqlaması
Putindən QARABAĞ AÇIQLAMASI
Rusiya Tokayevlə Qarabağı MÜZAKİRƏ ETDİ
Putin və Paşinyan telefonla danışıb
Münaqişənin həlli Rusiya üçün xüsusi əhəmiyyət daşıyır - PUTİN
Gömrük komitəsində daha bir vəzifəli şəxs vəzifəsindən azad olundu
Rusiya Müdafiə Nazirliyindən SON DƏQİQƏ QARABAĞ AÇIQLAMASI
“Noyabrın 10-da Araik vertolyotla Bakıya aparılacaqdı...” - Kazaryandan ŞOK AÇIQLAMA
Ermənistanda minlərlə hərbçi ÖLÜMLƏ ÜZ-ÜZƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 