İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana girənlərə cavabları ötürən Azərbaycan vətəndaşı saxlanılıb. ONN media xəbər verir ki, polis Bayrampaşada yerləşən avtovağzalda şübhəli hərəkətlər edən şəxsi izləməyə başlayıb. Onun yanında qara çanta ilə ora-bura dolaşmasından şübhələnən polis şəxsi saxlayıb və axtarış aparıb. Çantanın içindən 1 ədəd mobil Wi-Fi qurğusu, 2 ədəd sim-kartı olan aparat, 2 ədəd batareya, 2 ədəd kabelli bağlantı aparatı, 3 qulaqcıq, 1 ədəd cib telefonu, 1 ədəd yapışqanlı kağız lent, paltarın üstünə yerləşdirilmiş, kameralı və batareyalı surətçıxaran aparat aşkarlanıb. Məlum olub ki, Azərbaycan vətəndaşı N.F. sürücülük kursunda imtahan verənlərə bu cihazlarla sualların cavablarını ötürürmüş. Və əvəzində pul alırmış. Əməliyyatı başa çatdırandan sonra onun ləngimədən avtovağzaldan avtobusla başqa şəhərə getməyə hazırlaşdığı məlum olub. Polis onu saxlayıb, dindirib və məhkəməyə çıxarıb. Şəxs başqa yerə getməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb. (virtualaz.org)
İstanbulda "I" ƏMƏLİYYATI: Azərbaycanlı tutuldu - BUNA GÖRƏ...



Xocalıda musiqi məktəbində silah aşkarlandı
63-cü gün: Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI
58-ci gün: Rusiyanın Ukraynadakı itkiləri AÇIQLANDI
Gömrükçülər külli miqdarda telefon aşkarladı
Müharibənin 57-ci günü: Rusiyanın Ukraynadakı itkiləri açıqlandı
80-ci gün: Rusiyanın itkiləri açıqlandı
Hava limanında qanunsuz mobil telefonlar və elektronika malları aşkarlandı
Rusiyanın itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏR
Müharibənin 78-ci günü: Rusiyanın itkiləri AÇIQLANDI
53-cü gün: Rusiyanın itkiləri açıqlandı
Polis əməkdaşları Xocalıda xeyli silah-sursat aşkarladı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 