“Hər il olduğu kimi bu il də Ramazan ayı ilə əlaqəli fərqli təqvim problemi var. Bəzi şirkətlər müstəqil şəkildə özlərindən təqvim hazırlayır. Təbii ki, bu, əsassız və qəbuledilməzdir”.
ONN media xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay sosial şəbəkələrdə yayılan fərqli təqvimlər barədə danışarkən deyib.
QMİ nümayəndəsi xatırladıb ki, İdarə ənənəvi olaraq bu il mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib:
“Bu təqvim QMİ-nin rəsmi internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Mənim də qarşıma fərqli təqvimlər çıxıb. Qeyd edim ki, həmin təqvimlərin heç bir əsası yoxdur. Bu əsasları bizə verən elmi əsaslardır”.
Hacı Surxay oruc tutanları QMİ-nin hazırladığı təqvimin internet versiyasından istifadəni tövsiyə edib:
“Digər mənbələrdən daxil olan, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur”.
Qeyd edək ki, dünəndən ölkədə Razaman ayı başlayıb. Ramazan ayının builki təqviminə görə ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək. Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə mayın 13-ü və 14-ü ölkədə qeyri-iş günləri elan edilib.



Ramazan ayının təqvimi açıqlandı
Qədr gecələri nə vaxtdır? - QMİ
Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL
Ramazan ayının təqvimi açıqlandı — CƏDVƏL
Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq?
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
Müqəddəs Ramazan ayı başladı: İmsak və iftar vaxtları
Sabah Ramazan ayı başlayır
Ramazan ayı nə vaxt başlayır? – DƏQİQ TARİX
Ramazan ayının 3-cü gününün duası, iftar və imsak vaxtı
Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO
Ramazan ayının 26-cı günü duası, imsak və iftar vaxtı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 