Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. ONN media bildirir ki, bu barədə publika -ya partiyadan məlumat verilib. Qeyd edək ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanıldı. Lakin YAP tərəfindən sabiq Milli Məclis deputatının bu əxlaqa zidd hərəkətinə münasibətdə hansı konkret qərar qəbul ediləcək, bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının rəsmi mövqeyi nədən ibarət olacaqdır? Cəmiyyəti maraqlandıran mövzu ilə bağlı YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev APA-nın müxbirinin sualına cavab olaraq bildirib ki, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. “Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanmış və şiddətlə qınanılmışdır. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə H. Paşayev bildirib. Qeyd edək ki, H.Mirələmov YAP Xətai rayon təşkilatının sədri və partiyanın Veteranlar Şurasının üzvüdür. Bununla da o, partiyadakı bütün vəzifələrini itirə bilər.
Bu gün Hüseynbala Mirələmov barəsində QƏRAR VERİLƏCƏK



SON DƏQİQƏ: Hüseynbala Mirələmov YAP-dan QOVULDU
YAP-da Hüseynbala Mirələmovla bağlı müzakirələr başladı
Mirələmovla videosu yayılan qadın da YAP-dan çıxarıldı
Hadı Rəcəbli Hüseynbala Mirələmovun biabırçı videosundan DANIŞDI
Mirələmovun yerinə bu tanınmış şəxs sədr seçildi
Hüseynbala Mirələmov İŞDƏN ÇIXARILDI
Hüseynbala Mirələmov DANIŞDI: "O, mənim qızım yerindədir"
Tanınmış aparıcı verilişinin bağlanmasını və Hüseynbala Mirələmovu lağa qoydu
Hüseynbala Mirələmov ABŞ-da GÜNDƏM OLDU - VİDEO
"Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanını mən yazmışam" - Tanınmış şairdən ŞOK İDDİA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 