Votsap tətbiqetməsi 15 maydan sonra istifadəçilərə şərtlərlə bağlı bildirişlər göndərir. Bəzi insanlar razılaşmanı qəbul etmir, Feysbuk şirkətinə məxsus bu tətbiqetmədən imtina edir. İmtina edənlər isə başqa sosial hesablardan qeydiyyatdan keçməyə başlayıblar. ONN media məşhur yazışma, video, səs ötürmə və qəbuletmə kimi funksiyaları özündə birləşdirən sosial tətbiqləri təqdim edir: 1. Teleqram – Teleqram kanalları artıq Azərbaycanda məşhurluq qazanmağa başlayıb. İstifadəsi asan olan tətbiqetmədə yazışma və reklama məhdudiyyətlər tətbiq edilmir. 2. Viber (messsencer) – Səs və görüntüləri yüksək keyfiyyətlə HD formatında ötürə bilir. Qeyd edək ki, proqram reklamsızdır, bu proqram hələ bir neçə il öncə məşhur idi. 3. Siqnal (messencer) – İlon Mask tərəfindən ən çox tövsiyə olunan şəbəkədir. Reklamsız və təhlükəsizlik baxımından istifadəçilər üçün rahat və əlçatandır. 4. Discord (messencer) - Əyləncə və mobil oyunlar sevənlər üçün əla yazışma platformasıdır. Səs göndərmək mümkündür. 5. BiP - Turkcell tərəfindən istifadəyə verilib. İOS və Android istifadəçiləri üçün hazırlanmış mesajlaşma tətbiqidir və pulsuz istifadə edilə bilər. Tətbiq itirilmiş mesaj, yumor yaratma, hər kəslə ünsiyyət qurma, qrup mesajlaşma və yer paylaşımı, oyunlar, pul köçürməsi kimi xüsusiyyətlərə malikdir.(axar.az)
Votsapın şərtlərini qəbul etməyənlər hansı tətbiqlərə keçir?



Whatsapp-dan istifadə edənlərin nəzərinə
"Whatsapp" bu telefonlarda işləməyəcək
İlon Mask bloqerə bir milyon dollar bağışladı
İlon Mask Twitterlə bağlı müqavilə imzalayacaq
Yeni virus “Android” sistemli smartfonları dinləyir
"TikTok"dan YENİLİK
Sosial şəbəkələr çökdü
Dünyanın ən varlı adamı arıqlamağın sirrini açdı
Feysbuk çökdü
"Facebook"dan daha bir YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 