Məscidlərdə namaz karantin qaydalarının şərtlərtinə uyğun olaraq qılınacaq. ONN media bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. H.Şahin bildirib ki, ibadət yerlərinin açılması barədə Operativ Qərargahın qərarı dindar insanlar tərəfindən böyük rəğbətlə qarşılanır: “Təbii ki, bu ibadətlər müəyyən qaydalar çərçivəsində icra olunacaq. İbadət edən insanların sayı ilə bağlı heç bir məhdudiyyət tətbiq edilmir, amma məscidlərdə ara məsafəsi təbii ki, gözləniləcək, tibbi maskalardan istifadə olunacaq. Yəni karantin qaydalarına riayət olunacaq və bu məsələyə də məscidlərin icmaları nəzarət edəcək. Hesab edirəm ki, bütün məscidlərin icmaları həmin məsələləri tənzimləmək iqtidarındadır”. Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək.
Məscidlərdə namaz hansı qaydalarla qılınacaq?



Məscidlərdə Cümə namazları növbəli qılınacaq
Məscidlər nə vaxt açılır? - QMİ-dən açıqlama
Azərbaycanda daha bir məhdudiyyət aradan götürüldü - RƏSMİ
Məscidlərdə ibadət qaydaları açıqlandı
Azərbaycanda Ramazan bayramı namazı necə qılınacaq? - AÇIQLAMA
Məscidlərdə bayram namazlarına icazə verilə bilər - AÇIQLAMA
Hacı Şahin Həsənli: "Məscidlərin açılmasını hamıdan çox arzulayırıq, amma..."
Qurban bayramının namaz vaxtı açıqlandı
Sabahdan məscidlər AÇILIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 