"Təəssüflər olsun ki, vaksin vurulanların içində anti-kor testi kifayət qədər olmayan şəxslər var. Bu prosesdə xeyli müəmmalar var". ONN media bildirir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, əslində bunun adı COVID pasportu yox, immunizasiya pasportudur: "Yəni immun sistemi yaranması haqqında bir pasportdur. Digər tərəfdən, vaksin vurduranlara da pasport verilir. Biz Azərbaycan Həkimləri İctimai Birliyi olaraq təkliflər hazırlayırıq. Təkliflər ondan ibarətdir ki, anti-kor testinin qiyməti aşağı olsun. Bu, əhali üçün əlçatan olmalıdır. İnsanlar bu testi rahat şəkildə verməklə özlərini yoxlaya bilsinlər. Çox adam xəstəliyi ayaq üstə keçirib, evdə müalicə olunub və ya xəstəxanada sağalaraq çıxıb. Bu şəxslərin bəzilərində immunitet yaransa da, digərlərində yaranmayıb. Həmin şəxslər müəyyən edilməlidir. Daha sonra insanlara COVID pasportu verilə bilər. Elə şəxslər var ki, koronavirus xəstəliyini klinik formada tam keçirib, immunitet formalaşıb. Digər qrup şəxslər də var ki, vaksin vurdursa da, onda immunitet formalaşmayıb. Həmin şəxslərin yoluxma şansları da qalır. Ona görə immunizasiya pasportundan söhbət gedirsə, bu sənəd anti-kor analizinin nəticəsi əsasında təqdim oluna bilər. Nəzərə almaq lazımdır ki, bu məsələ əhali üçün kəskin diskriminasiya elementinə çevrilməməlidir. Vaksin olunan və ya olunmayanlara hüquqların tanınması məsələsinə diqqət etmək lazımdır. Məsələ bu şəkildə qoyula bilməz. Hesab edirəm ki, hansısa problemlər olmazsa, Hindistanda olduğu kimi ikili mutasiyalara rast gəlinməzsə, yeni dalğalar yaranmazsa, proses sönməyə doğru gedəcək. Xaricə getmək üçün də anti-kor və COVID testi vermək kifayət edir ki, insanlar xarici ölkələrə rahat şəkildə gedə bilsinlər". (baku.vs)
Virusa yoluxub qeydiyyata düşməyənlər COVID pasportunu necə alacaq? - AÇIQLAMA



Bu koronavirus xəstələrinə "COVID-19 pasportu" verilməyəcək - RƏSMİ
COVID pasportu olmayanlar kafe və restoranlara buraxılmayacaq
Bakıda COVİD-19 pasportu oğurlandı
Azərbaycanda COVID-19 pasportu ləğv edilir? - AÇIQLAMA
Bu şəxslər koronavirusu çox zəif keçirə bilərlər - Professor AÇIQLADI
Azərbaycanlı professor koronavirusun yoxa çıxacağı dəqiq tarixi söylədi
"Mall"larda vaksin pasportu yeni qaydada yoxlanılacaq
“Peyvənd sertifikatı” müddətsiz olacaq - RƏSMİ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 