Ticarət mərkəzlərində COVID-19 pasportu üzrə yoxlamalar yeni təchiz edilmiş sistemlərlə sürətləndirilib.
COVID-19 üzrə vaksin pasportu və immunitet sertifikatının yoxlanılması səbəbilə yarana biləcək sıxlığın aradan qaldırılması, yoxlamanın asanlaşdırılması üçün ticarət mərkəzləri girişində yeni, sürətli yoxlama sistemləri quraşdırılıb.
28 Mall, Gənclik Mall, Dəniz Mall, Port Baku Mall, Gəncə Mall ticarət mərkəzlərinin yoxlama məntəqələrində quraşdırılmış bu cihazlar vasitəsilə ziyarətçilər vaksin pasportunda qeyd edilmiş QR kodu özləri skan edərək və ya şəxsiyyət vəsiqəsini cihazdan keçirərək sürətli şəkildə ticarət mərkəzinə daxil ola biləcəklər.
Hər iki üsuldan istifadə zamanı vətəndaşın məlumatları ekranda birbaşa əks olunur və vətəndaş yoxlamanın nəticəsi üzrə sərbəst şəkildə, gözləmədən hərəkəti davam etdirə bilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkündür.



Azərbaycanda yeni mall açılır
Ticarət Mərkəzləri və “Mall”larla bağlı xəbər var
Korona pasportu belə yoxlanılır
Ticarət mərkəzləri mayın 11-dən açılacaq? — RƏSMİ CAVAB
Bakıda tikilən "Zefir Mall" belə olacaq - FOTOLAR
"Dəniz mall" da baş verənlərlə bağlı rəsmi açıqlama
Bakıda yeni MALL tikiləcək
Azərbaycanın ən böyük ticarət mərkəzi sabahdan fəaliyyətə başlayır
"Mall" və iri ticarət mərkəzləri açılacaq? - Rəsmi cavab
Ticarət mərkəzləri nə vaxt açılacaq?- Rəsmi
"BirKart" sahibləri ölkə üzrə olan "Mall"larda daha çox qazanacaqlar
İri ticarət mərkəzləri və "Mall"arla bağlı Operativ Qərargahdan AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 