ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.
ONN media xəbər verir ki, bu barədə Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.
O, qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.
Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi "iki liderin Aralıq dənizinin şərqi, Suriya, İran, Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyi olacaq”, - deyə bildirib.
Görüş əsnasında Türkiyənin Əfqanıstandakı danışıqlarda və diplomatiyada oynayacağı rolunun da gündəmdə olacağını qeyd edən Sallivan görüşdə iki ölkənin fərqli mövzularının da gündəmə gələcəyini deyib.
"Prezident Bayden prezident Ərdoğanı çox yaxşı tanıyır və bu iki şəxs bir-birləri ilə çox vaxt keçiriblər. Bayden və Ərdoğan bu fürsətdən istifadə edərək, münasibətlərinin bütün aspektlərini nəzərdən keçirməyi səbirsizliklə gözləyirlər", - Ceyk Sallivan vurğulayıb.
Qeyd edək ki, öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daha əvvəl NATO sammitində ABŞ prezidenti Cozef Baydenlə müzakirəsini planlaşdırdığı mövzunu açıqlayıb. Türkiyə lideri bildirib ki, amerikalı həmkarı ilə ABŞ və Türkiyənin münasibətlərindəki gərginliyi də müzakirə etməyi planlaşdırır.
"Soruşacam ki, bizim münasibətlərimiz niyə belə gərgin oldu?", - Türkiyə rəhbəri jurnalistlərə açıqlamasında deyib. / "Report"



Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək
Bu gün Ərdoğanla Bayden arasında görüş olacaq
Bayden və Ərdoğan bu məsələdə razılaşmadı
Bayden və Ərdoğan arasında VACİB MÜZAKİRƏ OLACAQ
Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək
Ərdoğan Baydenlə görüş yerini açıqladı
Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!
Bayden Çin lideri ilə Ukraynanı müzakirə edəcək
Razılıq əldə edildi: Bayden-Ərdoğan görüşü keçiriləcək
Putin və Baydenin görüşü başladı
Kalınla Sallivan arasında Qarabağ MÜZAKİRƏSİ: daimi olması üçün...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 