Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 30-da Antalyaya səfər edəcək.
ONN media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, XİN rəhbəri səfər çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Görüş zamanı xüsusilə Qafqazdakı vəziyyətin də müzakirə olunacağı bildirilir.
Bununla yanaşı, ikitərəfli münasibətlərin müxtəlif sahələrinin, eləcə də regional problemlərin də danışıqların predmeti olacağı qeyd edilib.