Bakı metropolitenin "Xocasən" stansiyası 2021-ci ilin sonunadək istifadəyə veriləcək.
Bunu "APA-Economics”ə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, son dövrlərdə Xocasən qəsəbəsində, eləcə də qəsəbəyə yaxın ərazilərdə əhalinin sayının sürətlə artmasını nəzərə alaraq, istismara veriləcək stansiya burada yaşayan əhalinin ictimai nəqliyyata olan tələbatını ödəyəcək:
"Burada qatarların təmiri, texniki baxışı üçün ən vacib olan infrastruktur qurulacaq və bu işlərin tərkib hissəsi olaraq həmin ərazidə "Bakmil" kimi yerüstü stansiyanın inşası nəzərdə tutulub. Həmin işlər sürətlə davam etdirilir. Əgər pandemiya kimi hər hansı qeyri-adi maneələr olmasa, bu stansiyanın gələn ilin sonuna təhvil verilməsi nəzərdə tutulur”.
QSC-nin rəsmisi əlavə edib ki, hər bir stansiya istismara verildikdən sonra həmin ərazidən istifadə edən sərnişinlər hansı ictimai nəqliyyata üstünlük verməyi müəyyən edirlər:
"Hazırda "8 noyabr” stansiyası fəaliyyət göstərir, lakin onun sərnişin kontingentinin hələ tam müəyyən olunduğunu demək olmaz. Çünki stansiya istismara verilsə də, həmin ərazidə yaşayan və işləyən insanlar müəyyən müddət keçdikdən sonra hansı nəqliyyat növündən istifadə edəcəkləri barədə qərar verirlər. Bu günədək istismara verilən bütün stansiyalarda da belə olub. Sərnişin kontingenti təqribən 6 ay ərzində tam formalaşır”.



Bakıda 9 metrostansiyanın tikintisi başlayır: Hansı ərazilərdə olacaq?
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
Metro istifadəçilərinə ŞAD XƏBƏR: Gələn il...
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Xocahəsən" stansiyası nə vaxt təhvil veriləcək?
“Xocasən” stansiyası nə vaxt istifadəyə veriləcək?
3 mərtəbəli yeni metro stansiyası sərnişinlərin ixtiyarına veriləcək - RƏSMİ
Yeni metro stansiyası necə adlandırılacaq?
Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək
“Xocasən” stansiyası nə vaxt istifadəyə veriləcək?
Yeni metro stansiyası nə vaxt açılacaq?
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 